Gündəm

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi maarifləndirmənin və ya həm maarifləndirmə, həm də maariflənmənin zəifliyidir.

 

Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda insanlar özləri könüllü şəkildə tibbi maariflənməyə çox meyilli deyillər.

 

Deputat hesab edir ki, maarifləndirmə işini üzərinə götürən qurumlar da bu istiqamətdə yetərli qədər fəal deyillər. Ona görə də həmin qurumların fəallığının artmasına ehtiyac var.

 

Q.Paşayeva əlavə edib ki, tibbi maarifləndirmənin zəifliyinin çox ciddi fəsadları var və bunlar nəticə olaraq qarşımıza çıxır: "Bu hallar gənclərimizin də arasında var. Onlar günün bir saatını lazımsız, onun həyatı üçün önəmli olmayan teleseriala baxmağa həsr edirlər. Yaxud hansı müğənni nə dedi, nə geyindi, hansı maşını sürdü - bu kimi verilişlərə 1-1,5 saat zaman ayırırlar. Bunu hətta savadlı, universitet təhsili olan gənclərimiz belə edirlər. Amma onlar gün ərzində yarım saat, həftədə heç olmasa, 1 saat ərzində sağlamlıqla bağlı nə isə oxumur. Buna görə də maarifləndirmə işləri genişləndirilməli, bunu həyata keçirən qurumlar öz fəallıqlarını ciddi şəkildə artırmalıdırlar".(Trend.az)


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər