Gündəm

MUMtv.az: - Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozlarına görə, 2021-ci ildə illik inflyasiya 11.4-11.9% (təxminən 12%) səviyyəsində gözlənilir.

Rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya 11.1%, ərzaq inflyasiyası 14.9% təşkil edib. Digər bir məqam isə odur ki, rəsmi qurumlar 2022-ci ildə inflyasiyanın sürətinin aşağı düşəcəyini gözləsə də eyni zamanda, qeyri-rəsmi qurumlar tərəfindən yeni ilin yaz və yay aylarında inflyasiyada ikinci dalğanın başlayacağı barədə proqnozlar verilir. Mütəxəssislərin fikrincə, qiymətlərin daha sürətlə artması daha bir problem yaradır ki, bu da Azərbaycan banklarının əmanətçiləri real gəlirdən məhrum etməsi ilə bağlıdır.

Mövcud inflyasiya əmanətçilərin banklardakı gəlirlərinə nə dərəcədə təsir göstərəcək və inflyasiyanın ikinci dalğası baş verərsə, bu prosesin daha da dərinləşməsinə səbəb olacaqmı?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, banklarda vətəndaşların əmanətləri konkret olaraq depozati müqaviləsinin faizinə əsasən, yerləşdirilir:

“Düşünmürəm ki, inflyasiya hansısa depozitlərin geri qaytarılmasına, faizlərin hesablanması, verilməsinə çətinlik törədəcək. Əgər düşünsək ki, bu vəsaitlər evdədir, ümumiyyətlə hər hansı bankda depozit hesaba yerləşdirilməyib, üzərinə hər hansısa gəlir gəlməyib, bu, daha neqativ hal olardı. Belə olduğu halda, heç olmasa, müəyyən bir faiz olaraq illik üzərinə vəsait gəlib”.

İnflyasiyanın pulların dəyərini dəyərsizləşdirməsinə gəldikdə isə ekspertin fikrincə, baxmayaraq ki, bütün dünyada inflyasiya var, biz dollara, avroya qarşı eyni dəhlizdə qalmışıq: “Xarici əmsal nöqteyi-nəzərdən hər hansı təzyiq yoxdur. Bazarda ərzaq məhsullarının qiymətini nəzərə alsaq, əmlak bazarında kifayət qədər bahalaşma baş verməmişdi. Bu baxımdan əmanətlərdə ciddi fəsad özünü büruzə verməyəcək. Bu gün bazarda ətin, yağın qiyməti qalxırsa, o məhsulları alanda təsir edir. Ancaq vəsait olaraq öz yerində qalır, müəyyən də xeyir gəlir. Bizdə ərzaq məhsullarının qiyməti qalxdı. Bu gün banklarda yığılan depozitləri əhali onsuz da xərcləmir, “qara gün” üçün saxlayır. İnflyasiya o zaman təsir edə bilərdi ki, manat dollara qarşı ucuzlaşardı və vətəndaş pulunu çıxaranda kifayət qədər onun müqayisəsində dollar, yaxud avro ala bilməzdi.Ancaq bu öz yerində qaldığı üçün inflyasiyanın depozitdə olan vəsaitlərə elə də ciddi təsiri yoxdur”.

Ekspert deyir ki, ümumilikdə inflyasiya müəyyən bir dövr davam edəcək: “Ancaq I rübdən sonra anti-inflyasiya layihələri və alətlərini hərəkətə gətirməklə bunun qarşısını almaq olar. 2021-ci ildə dünyada inflyasiya həddi yüksək oldu və bunun səbəbi pandemiyanın domino effekti ilə təsiri idi. Çünki bütün dünya iqtisadiyyatı öz ölkələrində ən çox monitar siyasətə üstünlük vermişdi və pul kütləsinin çox olması inflyasiyanın yaranmasına səbəb olmalı idi və oldu. Bunun qarşısını almaq üçün müəyyən alətlər var, onu istifadə etməklə, eləcə də postpandemiya dövrünə qədəm qoymaqla bunu səngidəcəyik”.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər