Gündəm

Müharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEO
MUMtv.az: - Nizami rayonunda müharibə veteranına aid bir evin damı uçub. Bununla bağlı redaksiyamıza şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, Qara Qarayev prospektində yerləşən ev damın uçması ilə yararsız hala düşüb.
Evdə tək yaşayan müharibə veteranı eyni zamanda nevroloji əlildir. Bu halla bağlı dəfələrlə müraciət etdiyini bildirsə də, hələ də tədbir görülmədiyini iddia edir:
"Mən, 62 yaşlı Şamilov Bəhram Eyvaz oğlu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 37, mənzil 75-də tənha yaşayıram, baxımsız qalmışam. Yazıçı, eyni zamanda ADMIU-nun magistrantıyam, YAP-ın üzvüyəm, ixtisasca həkiməm. Kompüterimi, smart telefonlarımı götürüblər, mənzilim uçub, dəfələrlə məni vurublar.
5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilimdə salamat yer yoxdur. Döşəməyə su dolur, aşağı mərtəbədəki qonşunun mənzilinə tökülür. Evdə palto ilə yatıram, küçə ayaqqabısı ilə gəzirəm. Mənzilimin bu halından qonşular da şikayət edir. Müharibədə çöldə yaşamağa öyrəşmişəm, ancaq belə ictimai təhlükəli, antisanitariya vəziyyətində xəstəlik yayıla bilər.



Neçə illərdir ki, evin plana düşdüyünü deyirlər. Mərkəzi Həkim Komissiyası da səhvən xəstəliyimi hərbi xidmətdə aldığımı yazdığı üçün müharibə əlillərinə güzəştli mənzil ala bilmirəm. Mən müharibədən sağ qaldığıma görə şükür edirəm. Ancaq ictimai təhlükəsizliyi qorumaq, təmin etmək lazımdır. Müraciət etmədiyim təşkilat qalmayıb. Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etmişəm. Gəlib yoxlayıb gediblər. Yaşadığımız beşinci blokun tavanı da zədələnib, bloka su damır.
Bir-iki il əvvəl Fövqəladə Hallar Nazirliyində birinci mərtəbədə qəbulda oldum, Nizami rayonu Icra Hakimiyyətindən akt istədilər, Icradan mühəndis gəldi, şəklini çəkdi, evin təmirə yararsız olduğunu dedi. Lakin akt yazmadılar. Sonra dəfələrlə 112-yə zəng edib məlumat vermişəm, 83 saylı Mənzil İstismar sahəsindən gəlib baxdılar, şəklini çəkdilər, evin dam örtüyünə hidroizolyator döşəyəcəklərini dedilər, amma hələ bir xəbər yoxdur.
Evin damını təmir etmək lazımdır, yəni mənlik bir iş yoxdur".
Mövzuyla bağlı 83 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Fərman bəylə əlaqə saxladıq.
O bildirdi ki, sözügedən bina əsaslı təmir olunub:
"Amma onun evinə bir dəfə su dammışdı. Mən də ona problemi həll edəcəyimizə dair söz verdim. Bizim mühəndis gedib baxıb, sənədləşdirib, aktlaşdırmışıq. Ona dedim ki, ilin axırına kimi daman yerin qarşısı alınacaq. Amma ümumilikdə, ora əsaslı təmir olunmuş binadır. Narahat olmayın, 1 həftəyə damın üstü vurulacaq.
Düzdür, onun evi giriləsi, yaşanılası yer deyil. Bəli, savadlı adamdır, lakin bəzən olur ki, heç evinə də getmir, skamyada yatır. Evi çox bərbad vəziyyətdədir. Buna baxmayaraq, onun özəl mənzilidir, biz başqa nə edə bilərik ki?"
Müharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEOMüharibə veteranı evinin vəziyyətindən ŞİKAYƏTLƏNDİ: "Salamat yer yoxdur" - FOTO-VİDEO



Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər