Gündəm
Gündəm / Sosial
"Şikayəti araşdıracaqlar deyib yola verirlər..." - GİLEY
Mumtv.az: - "Şikayətim "Expargo" şirkətindəndir. Absurd şəkildə reklam edirlər ki həftədə 5 dəfə mal gətirirlər". Bu barədə Zarnura Hacıyeva adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Lakin dekabr ayının 3-ündən anbarlarına daxil olan məhsulları 10 gün sistemə vurmurlar. Gömrükdən 4 gündür çıxan məhsulu hələ də çeşidləyib bitirməyiblər.
Şikayəti araşdıracaqlar deyib yola verirlər. Saat 10da iş saatları başlayırmış, o saatdan zəng vurursan 1 saat bütün operatorları məşğuldur. Bu qədər məsuliyyətsiz və müştəriyə dəyər verməyən daşıma şirkəti görməmişdim".//dia.az