Gündəm
Gündəm / İdman
"Bazel" - "Qarabağ" oyununun hakimləri açıqlandı
İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Fran Yoviç olacaq. Ona Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İvana Martinçiç yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.