Gündəm


Mumtv.az: - Respublikanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı ciddi problem kimi qalmaqda davam edir.
Ən çox hansı rayonlarda kadr çatışmazlığı var? Bundan çıxış yolu kimi hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Tibb elmləri namizədi Rəşid Mahmudov bildirib ki, Tibb Universitetini pulsuz oxuyan tələbələr təyinat ilə rayonlara göndərilməli və ən azı 2 il orada işləməlidirlər:

“Ən azı 2 il təyinat müddəti bitəndən sonra başqa yerə gedə bilər. Amma əlaçı tələbələr oxuyub qurtarır, yazıqlar heç iş tapa bilmirlər. Ona görə də bu sahədə rayonlarda, kənd və qəsəbələrdə həkim çatışmazlığı çoxdur. Bəlkə 10 dəfə çox bizə həkim kadrlar lazımdır”.
R.Mahmudov deyib ki, Səhiyyə Nazirliyi qanunla tələbələrə təyinat verməlidir:
“Bir var ödənişli oxuyan, birdə var yüksək bal toplayıb ödənişsiz oxuyan tələbələr. İlk növbədə ödənişsiz oxuyan tələbələr istədikləri rayonların xəstəxanalarında ən azı təyinatla 2 il işləməlidirlər. Bu gün rayon xəstəxanalarında həkim çatışmazlığı var. Məsələn, Daşkəsəndə 100-dən çox həkim lazımdır, amma cəmi 23 həkim var. Gədəbəy və başqa rayonlarda da vəziyyət eynidir. Ona görə də təyinat verilməsi vacib addımdır, amma bunu eləmirlər. Əvvəllər bu təyinat var idi, sonradan ləğv olundu. Mən bitirəndə təyinatla başqa bir yerə salmışdılar. Lakin müraciət edib bildirdim ki, öz doğulduğum rayona getmək istəyirəm. Onlar da mənə Gədəbəydə ən ucqar yerlərdən birinə təyinat verdilər. Gədəbəyin ucqar bir kəndinə baş həkim təyin olundum və oranı düzəltdim. Doğurdan da rayonlarda bütün ixtisaslar üzrə həkim çatışmazlığı çoxdur. Bəzən gənclər şəhəri qoyub rayona, kəndə getmək istəmirlər. Getmir ona görə ki, maaşlar da azdır. Həkimə 200-300 manat maaş verilir. Axı nə maaşdır o?"
Millət Vəkili Razi Nurullayev məsələyə münasibət bildirərək qeyd edib ki, ölkənin hər rayonunda minimal olaraq 60-70-dən çox həkimə ehtiyac yaranıb:

“Demək olar ki, Azərbaycanın bütün rayonlarında, hətta böyük qəsəbə və kəndlərində həkim çatışmazlığı var. Bir çox kəndlərdə isə heç tibb məntəqəsi yoxdur. İnsanlar ən yüngül problemi həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar. Xəstəxanalarda isə ümumiyyətlə, yüzlərlə həkim çatışmazlığı var. Məsələn, mənim deputat seçildiyim İmişli rayonunda bildiyim qədərilə 80-100 nəfərə yaxın həkimə ehtiyac var. Digər deputat həmkarlarımdan da soruşuram və onlar da bu məsələni qaldırıblar. Onların da millət vəkili olduğu rayonlarda həkim çatışmazlığı var. Bunu aradan qaldırmaq üçün tibb kadrlarına ehtiyac çoxdur”.
Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı ya dövlət proqramı olmalı, ya da başqa yerlərdən Azərbaycana həkimlərin cəlb olunmasına çalışılmalıdır:
“Pandemiya dövründə biz Kubadan, Rusiyadan və digər ölkələrdən Azərbaycana yüzlərlə həkimləri, mütəxəssisləri cəlb etmişdik. Bu baxımdan düşünürəm ki, Azərbaycan Tibb Universitetinin ölkəmizdə fəaliyyət göstərən tibb kolleclərinin maddi texniki təchizatının, potensialının artırılmasına da böyük ehtiyac var. Bəzən tibb kollecini bitirirlər yalnız iynə vurmağı öyrənir. İynə vurmağı mən də 10 gün kiməsə baxıb öyrənə bilərəm. Bu sahədə çox ciddi dövlət proqramlarına ehtiyac var. Dövlət də bu problemi çox gözəl bilir və bununla bağlı addımlar atır. Amma görünür ki, atılan addımlar buna kifayət etmir. Ölkənin hər rayonunda minimal olaraq 60-70-dən başlayaraq həkim kollektivinə ehtiyac yaranıb”.//bakupost.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər