Gündəm

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO

"DogruXeber.az"ın ötən yayımlarında Daşkəsən rayon" Çanaqçı kəndində, çay kənarında Bələdiyyə sədrinə məxsus olduğu iddia olunan qanunsuz balıq gölləri haqqında məlumat vermişdik.



Həmin balıq göllərinin bir neçə kilometrliyində, çayın məcrasında böyük bir malikanənin olduğunu da vurğulamışdıq. O malikanə ki, çayın bir neçə metrliyində yerləşir. Çayın sahilində isə, yəni malikanənin həyətində yay aylarında dincəlmək üçün dəbdəbəli çardaq da inşa etdirilib.

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərindən biri ilə telefonla danışdığımız zaman da: -"Çayın məcrasında belə bir tikintinin olması qanunidirmi?", - deyə soruşduğumuzda, o şəxs də qanunsuz olduğunu təsdiqləmişdi.

Bundan əlavə biz rəsmi olaraq da bütün yuxarıda sadalananların araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət göndərmişdik.
Araşdırmalar aparılan zaman baş verənləri də izləyicilərimizin diqqətinə çatdırmışdıq.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələrinin aparılan araşdırmalar zamanı, "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyevin mövqeyini müdafiə etdiyini, həmçinin baş redaktor Kamal Əsgərovun şəxsiyyətini təhqir etdiyinə Eyvaz Vəliyevin barəsində məhkəməyə müraciət etdiyini də nəzərinizə çatdırmışdıq.

LİNKƏ BAX !

İki aydan artıq müddətdir ki, bizim müraciətimiz əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmaların yekun nəticələri barəsində bizə heç bir məlumat verilməyib. Lakin, maraqlıdır ki, keçirilən məhkəmə prosesinin birinci mərhələsində Eyvaz Vəliyev araşdırmaların yekununa dair tərtib olunmuş aktın surətini məhkəmə sədrinə təqdim etdi.

İddiaçı Kamal Əsgərovun iddiası əsasında aparılan araşdırmaların yekun nəticələri barəsində tərtib olunmuş aktın surətinin bələdiyyə sədrinə verilməsi də bir daha təsdiq edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələrinin bələdiyyə sədrinin mövqeyini müdafiə etməsini düşünməkdə tamamilə haqlıyıq.

Maraqlıdır, görəsən nə müqabilində?

Sözügedən malikanənin taleyi barəsində də heç bir məlumat yoxdur.

Birbaşa Muxtar Babayevin e-mail ünvanına məlumat göndərməyimizə baxmayaraq, qanuna zidd olduğunu özləri də təsdiq etdikləri halda, hələ də heç bir tədbir görülmür. Bu isə bizə belə düşünməyə əsas verir ki, yəqin həmin malikanənin sahibi sözügedən qurumun səlahiyyətli nümayəndələrinin müəyyən maraqlarını təmin edib. Məhz bu səbəbdən də onlar mövzudan həm özləri yayınır, həm də bizi yayındırmağa çalışırlar.

Əgər, belə deyilsə, o zaman sual yaranır!

Görəsən niyə buvaxta qədər sözügedən qanunsuzluqların aradan qaldırılması üçün heç bir addım atılmayıb?

Müraciətimizdən sonra belə cənab Babayevin məsələnin araşdırılması və aradan qaldırılması üçün tədbir görməməsinin, həmçinin jurnalistin sorğusuna cavab verilməməsinin adını nə qoyaq?

Bəlkə həqiqətən də bir çox media vasitələrinin də dediyi kimi, Muxtar Babayev dövlət qanunlarına deyil, öz şəxsi maraqlarına xidmət edir?...


Suallarımıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nə mətbuat xidməti, nə də digər səlahiyyətli şəxsləri normal cavab vermirlər.

Gah ümumiyyətlə telefona cavab vermirlər, gah da "Məlumatım yoxdur. Öyrənib sizə məlumat verəcəm."- deyib, "yola verir"lər.

Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərindən cavab ala bilmədiyimiz üçün, məcburiyyətdən, artıq bütün suallarımızı media vasitəsilə nazir Muxtar Babayevin özünə ünvanlamaq qərarına gəldik.

Hörmətli Muxtar Babayev, hansı səbəbdən rəhbərlik etdiyiniz Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuata düzgün və vaxtında cavab vermir?
Niyə baş verənlərə münasibət bildirilmir?

Çayın məcrasındakı tikinti niyə aparılıb və bu barədə suallarımıza nazirlik niyə cavab vermir?

Mətbuat xidmətiniz nə üçün işini icra etmir? Telefonlarımıza cavab vermir?

Ümidvarıq ki, ölkə başçısının vəzifəyə təyin etdiyi məmur özü bu dəfə suallarımızı cavablandıracaq və sözügedən qanunsuzluqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verəcəkdir.

Hələlik isə bu yalnız bir ehtimaldır...

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO

Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO










Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər