Gündəm

Alman adı altında Çin məhsulu: Bakıda harada satılır?
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"YuQov” İctimai fikrin öyrənilməsi institutu və Kembric Universitetinin apardığı tədqiqata əsasən, dünyadakı ən etibarlı məhsulların Almaniyaya, keyfiyyətsiz məhsulların isə Çinə aid olduğunu açıqlayıb. Azərbaycanda da kifayət qədər Çin məhsulu olduğunu nəzərə alsaq, bu problem əhalini narahat etməyə bilməz.

 

Maraqlıdır ki, Azərbaycanda bir sıra böyük şirkətlər Çin məhsullarını ölkəyə gətirərək, Almaniya istehsalı kimi təqdim edir. Belə ki, bəzi məşhur mağazalar şəbəkəsində satılan məişət texnikasının üzərində adətən dünyaca məşhur brendlərin adları qeyd edilsə də, istehsalçı ölkənin Çin olduğu üzə çıxır.

 

MUMTV.az-ın məlumatına görə, məsələ ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov bildirib ki, bənzər hallar "Baku Elektroniks”də də daxil olmaqla, digər tanınmış elektronika mağazalarında müşahidə olunur:

 

"Bizə demək olar ki, hər gün bu mövzuda şikayətlər daxil olur. Belə problemlər xüsusən elektronika mallarında daha çoxdur. Bu məsələdə siyahıda ilk yeri "Kontakt Home” mağazalar şəbəkəsi tutur. Bundan əlavə, bənzər vəziyyət "Baku Elektroniks” və "Optimal”, "İrşad Telekom” mağazalar şəbəkəsində də müşahidə olunur. Bu şəbəkələr "pulunu ver, itil cəhənnəmə”prinsipi ilə işləyir. Belə şəbəkələr saxta, standartlara uyğun olmayan malı istehlakçıya satır və narazılıq olanda da "get, hara istəsən, şikayət et” cavabını verirlər.

 

Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi də bunların öhdəsindən gələ bilmir.

 

Bu gün Azərbaycanda xeyli sayda insan Çin məhsullarının başqa ad altında təqdim edilməsi ilə aldadılır. İstehlakçıların hüquqları haqqında qanuna görə, müştərinin hüququ var ki, malın sertifikatını tələb etsin. Təəssüf ki, ölkədə mükəmməl istehlakçı siyasəti olmadığına görə, bu proses davam edir. Düşünürəm ki, dövlət heç də bu sahə ilə bağlı radikal qərar qəbul edə bilməz. Çünki azad bazar iqtisadiyyatı var və Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunur”.

 

E.Hüseynov mövcud problemlərin aradan qaldırılması istiqamətində görülməli olan işlərdən də danışıb:

 

"İl yarım bundan əvvəl ölkə Prezidenti istehlakçı hüquqlarını qoruyan mərkəzi icra hakimiyyəti orqanlarının yaranması barədə fərman verib. Lakin Nazirlər Kabineti bununla bağlı hər hansı bir addım atmayıb. Nazirlər Kabineti ən qısa zamanda fərmana uyğun olaraq istehlakçı hüquqlarının qoruyan əlahiddə dövlət orqanını yaratmalıdır.

 

İkincisi, mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır. Unutmaq olmaz ki, bazarın sahibi istehlakçılardır.

 

Dəfələrlə Nazirlər Kabinetinə təklif vermişik ki, zəmanət verilən malların siyahısı çıxarılsın. Kimsə gedib 2 min manata telefon alır, xarab olanda qaytarmaq istəsə də, mağaza zəmanət vermədiyini deyir.

 

Nazirlər Kabinetnin qərarı olmalıdır ki, hansı məhsullara zəmanət verildiyi dəqiqləşsin. Əks halda hansısa dövlət qərarını əsas gətirərək, mağazalar qarşısında tələb irəli sürmək olmur. Fikrimcə, NK bu istiqamətdə ictimai təşkilatlarla, cəmiyyətlə məsləhətləşməlidir.

 

Digər bir məsələ də Bakıdan alınaraq hansısa bölgəyə aparılan malın texniki nasazlıq yarandığı zaman təmiri üçün servis mərkəzlərinin bölgələrdə olmamasıdır. NK bu problemi də həll etməlidir”.

 

Mövzu ilə bağlı yazıda adı çəkilən elektronika mağazalarına rəsmi sorğu göndərilib.


Son xəbərlər

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Bütün xəbərlər