Gündəm


MUMtv.az: - Sentyabrın 27-də Cəlilabad rayonunda xuliqanlığa görə Həbs edilən Saməddin Məmmədovun övladları bu gün Bakıda etiraz aksiyası keçirməyə cəhd edib.
Onun Amid və Nahid adlı iki oğlu Fransa səfirliyinin qarşısında mediaya açıqlama verərək atalarının həbsdən buraxılmasını istəyiblər. Onlar S.Məmmədovun barəsində məhkəmənin həbs qərarının ədalətsiz olduğunu iddia ediblər.
Aksiyaya cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
İttihama görə, sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov ilə birlikdə rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub. O, İrandan Azərbaycana qanunsuz yollarla narkotik daşımaqla qaçaqmalçılıqda və narkotik satışında təqsirli bilinərək 8 il məhkumluq həyatı yaşayıb. Onun övladları da məhkumluq həyatı yaşayıb. Kiçik oğlu Nahid 2019-cu ildə narkotik dövriyyəsində görə məhkum olunub. Böyük oğlu Amid isə xuliqanlığa görə 2014-cü ildə 5 il həbsdə qalıb. Kürəkəni Rəşad Ağayevə də narkotik dövriyyəsinə görə 3 il 6 ay cəza verildiyini və hazırda həbsdə olduğu bildirilir.//xeberal.az

Son xəbərlər

"Azərbaycan Laçın dəhlizində post quracaq" - Başqa yolu YOXDUR!

ASALA-nın təhdidini gözardı etmək olmaz: - Bakı və Ankara hərəkətə keçməlidir

Azərbaycanda karantinə götürülmə qaydası dəyişib

İbrahim Rəisi Moskvadan niyə əliboş dönüb? - İNCƏLƏMƏ...

Keçmiş deputat Eldar Mahmudova ŞİRKƏT AÇIR? - Ortada yetərincə şübhələr var...

Manat 4 əsas valyuta qarşısında BAHALAŞIB

Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron” yoxsa “influenza”?

“AMEA sanki əyləncə mərkəzidir” - VİDEO

Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO

Bakıda bir gündə ikinci yanğın - VİDEO

Yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

Azərbaycan ərzaq təhlükəsizliyini necə təmin edəcək?

Parlamentdə əmək pensiyaları ilə bağlı dinləmə keçiriləcək

Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı

Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT

Bakıda yarımtikilidə yanğın söndürülüb - FOTO

Hövsanda 2 000 manatlıq samovarlar oğurlanıb

Milli Məclisdə “Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq

Sabahın hava proqnozu AÇIQLANDI

Əhməd İsmayılov kimdir və o, Azərbaycan mediasını necə idarə edəcək? –ŞOK GƏLİŞMƏ

Ermənistan geri çəkilir - VİDEO

Qiymətlər niyə artır: Hökumət əvvəlcə səbəbini tapmalıdır... - İNCƏLƏMƏ...

FHN: Ötən sutka 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Dünya Alimlər Kuboku Çempionatının Bakı mərhələsi keçirilir - FOTO

Diotoloqdan məsləhət: “Sərt pəhriz saxlamaq təhlükəlidir”

Ulduzlar bu gün nə deyir

12 yaşlı qıza təcavüz edən idmançının adı klubun tarixindən silindi - FOTO

Sumqayıtın zülmət içində olan GÜNDÜZÜ... - Şəhəri barmağına dolayıb...

Azərbaycanda COVID-19 xəstələrinin karantin müddəti azaldılıb

Oğuzun icra başçısının bu kənddən xəbəri varmı? - Sakinlər ÇARƏSİZ DURUMDA

Azərbaycan manatın məzənnəsini sabit saxlayacaq

Azərbaycanda inflyasiya yavaşlayacaq

Bütün xəbərlər