Gündəm

Zaqatala Mərkəzi Xəstəxanasında yerdəyişmə bazarlığı - İTTİHAM

MUMtv.az: - Bir qrup vətəndaş Azərbaycan KİV-lərinə müraciət edərək, onların səsinə səs vermələrini xahiş ediblər. Belə ki, RMX-a Zaqatala Diaqnostika Mərkəzi də birləşdirildikdən sonra şəkili doktor gözəl alver etməyə başlayıb. Deməli tibb bacılarının yerdəyişməsi 3—5 min azn, həkimlərin yerdəyişməsi isə daha yuxarı qiymətə edilir. Qəribə burasındadır ki, alveri gözəl bacaran Məcid doktor bütün hiylələrdən çox məharətlə istifadə edir və tibb personalı da onun toruna rahatca düşür. Özü də bu kişi deyir ki, pulu yuxarıya verirəm, yəni TƏBİB, Səhiyyə Nazirliyinə, ona görə də, heç kimə güzəşt etmir.

İşçilərini yığaraq iclas edib deyib ki, “yadınızdadırsa 16.07.2019-cu ildə rüşvətlə bağlı video çəkiliş olmuşdu, gördünüzmü mənə heç nə edə bilmədilər. Necə deyərlər, it hürər karvan keçər, mətbuat, qəzet, saytlar kimdi ki, məni işdən azad etsinlər?

Mənim arxam var və pulu kimə, nə qədər verməyi də bacarıram”.

Bəli, Məcid doktor düz deyir, əgər belə olmasaydı dövlətimizin aidiyyati hüquq-mühafizə orqanları gözlərini yummazdılar, gəlib mətbuatda gedən video-faktları araşdırardılar.

Hörmətli hüquq-mühafizə orqanları, Korrupsiyaya qarşı mübarizə idarəsi və Prokurorluq orqanları!

Sizdən xahiş edirik, Diaqnostika RMX-yə birləşdikdən sonra xadimə, tibb bacıları və həkimlərin nədən yerlərini dəyişdirilməsini araşdırsanız, sizə çox şey agah olacaqdır. Rayonda yerləşən banklara da müraciət edə bilərsiniz ki, məhz Diaqnostika mərkəzi RMX-yə birləşdikdən sonra tibb işçiləri nə qədər kredit götürüblər. Məgər bunları araşdırmaq bir o qədər çətindir? Əgər gücünüz çatmırsa deyin ki, bu baş həkim açıq-aşkar Prezident İlham Əliyevin apardığı siyasətə qarşı çıxır və biz də onunla bacarmırıq.

Çox qəribədir ki, Zaqatalaya yalnız kənardan baş həkim gətirilir, Bakıdan, Şəkidən və s. Axı niyə? Məgər bu rayonda savadlı həkimlər yoxdur? Bəlkə alveri yaxşı bilənləri yoxdur?

TƏBİB də, görünür cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir. Əks təqdirdə bu biabırçılığa son qoyardı. TƏBİB-ə nə lazımdır? Video-lentə çəkib göstərirlər, yenə də baş həkimə toxunmurlar. Bura balaca bir müəssisədir, baş həkimin icazəsi olmadan heç kim pul ala bilməz.//AZƏRBAYCANREALLIĞI.COM

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər