Gündəm

"Onlar xəstəxanaya pul köçürməyiblər" - REAKSİYA

MUMtv.az: - N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.

Nəticədə 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.

Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.

Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib:

“Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min manatı istədi və əməliyyata salındı. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı”.

Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.

Məsələ ilə bağlı həkim Samir Abbasov Bakupost.az -a açıqlamasında bu iddiaların əsasız olduğunu deyib.

Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb.
“Xəstə 5-ci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. Birinci xəstəyə açıq-ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub”.

Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil:

“Praktikada 8-10, hətta mən Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tomblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50%-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlara izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stent qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik. Qeyd edim ki, ürəyin özü də çox zəif idi”.

Moderator.az yayılmış informasiyanın nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini öyrənməyə çalışıb. Əməkdaşımız klinikanın baş həkimi Afət Məhəmmədli ilə əlaqə saxlayıb. Afət xanım bildirib ki, xəstə yaxınlarının iddiası tamamilə əsassızdır:

"Əvvəla, onlar xəstəxanaya pul köçürməyiblər. İkincisi, onların iddiası əsasında özlərinin də iştirakı ilə ekspertiza aparılıb və əməliyyatda həkim səhvi olmadığı tamamilə sübuta yetirilib. Məsələ burasındadır ki, biz əməliyyat olunmasini təklif etmisik, xəstə ozu qəti səkildə əməliyyatdan imtina edib. Bizdən oncə digər klinikada olublar, orda da əməliyyatın vacibliyi deyilib. Xəstəni həyatda saxlamağın yeganə digər yolu stend idi. Xəstə ozu və yaxınları razılıq protokoluna qol cəkiblər. Stend implantasiyası ugurla basa catıb. Yarım saat sonra tromboz əmələ gəlib. Xəstə bu səbəbdən rəhmətə gedib".

Son xəbərlər

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olundu

Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Bakıda NATO-nun təlim kursu keçirildi

Tovuzun İcra başçısı Məmməd Məmmədov həm də belə qazanır

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

Ukraynada "prezident" yumurtaları satışa çıxarılıb

“Bakı Tikiş Evi” gömrük qaydalarını pozur

Gizlicə valyuta alveri edənlərlə bağlı qərar verildi

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

Zərifliyi və sərvəti təmsil edən ilan 2025-ci ildə nə demək istəyir?

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Uğurlu insanların işdə müntəzəm istifadə etdiyi 3 güclü ifadə

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Alimlər yaş artdıqca xərçəng riskinin niyə azala biləcəyini izah etdi

Ət niyə bahalaşır? - VİDEO

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

Qəhvə ürək sağlamlığına necə təsir edir?

VƏTƏNin oğlu - Onlar Allah dərgahında diridirlər

Aİ-dən Gürcüstanla vizasız rejimin dayandırılması tələb edildi

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Suriya ordusu Həma şəhərindən geri çəkildi

Araşdırsınlar: 100 milyondan çox pulu O ÇIXARIB... - İLGİNC

"Qərbi Azərbaycana qayıdış strateji hədəflərdən biridir" - Millət vəkili

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

Bu məşhurlarımız qohum imiş

Gölməçəylə əhatə olunmuş internat məktəbi - VİDEO

Azərbaycanda 300 min insanın mübarizə apardığı xəstəlik: özünüzü qorumasanız...

Bütün xəbərlər