Gündəm

TRACECA: “Regiondakı proseslər Azərbaycan üzərindən yükdaşımaları artırıb”

MUMtv.az: - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovun "Report"a müsahibəsi:
- Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Hökumətlərarası Komissiyasına sədrlik etdiyi iki il ərzində görülən işlərin qısa xülasəsi necədir?
- İki illik bu dövr ərzində bir neçə mühüm layihələr irəli sürüldü. İlkin olaraq onu qeyd edim ki, yeni Baş katib seçildi. Həm requlativ sənədlərdə, həm də dəhlizin inkişafı ilə bağlı bir sıra təşəbbüslər göstərildi. Requlativ məsələlərə misal olaraq onu deyim ki, katibliyin müasirləşdirilməsi ilə bağlı təkliflər irəli sürüldü. Azərbaycan da bu proseslərdə fəal iştirak edirdi. Bu məsələlər strukturun dəyişdirilməsi, maliyyələşdirmə məsələlərinin prioritetləşdirilməsi, yeni maliyyələşdirmə qaydalarının qəbul olunması, TRASECA marşrutlarının optimallaşdırılması, marşrutların hansı meyarlar əsasında müəyyən olunması kimi məsələlərdir.
Bu dövr ərzində bütün dünya COVID pandemiyası ilə üzləşmişdi və ölkələr arasında razılaşdırılmış yükdaşıma qaydaları qəbul olunmuşdu. Sərhəd-keçid prosedurlarının harmonizasiyası irəli sürülmüşdü.
Digər məsələ rəqəmsallaşdırma ilə bağlı idi. Bu dövr ərzində TRASECA-nın rəqəmsal konsepsiyası hazırlanıb qəbul edildi. Bundan əlavə 2030-cu ilə qədər konteyner yükdaşımalarının inkişafı ilə bağlı strategiya hazırlandı. Son iclasımızda 2022-2026-cı illər ərzində fəaliyyət planı və İnkişaf Strategiyası da qəbul olundu.
- Qeyd etdiyiniz son iki sənəd haqqında bir qədər geniş məlumat verə bilərsiniz?
- Əslində strategiya 2016-cı ildən 2026-cı ilə qədər qəbul olunub. Bu strateji plan müəyyən dövrlərə bölünür və hazırda 2022-2026-cı illər onun son dövrdür. Bu mərhələdə on il bundan əvvəl müəyyən edilmiş məsələlər, yəni təşkilatın inkişaf istiqamətləri ilə bağlı işlər görülür. Əsas məsələlərdən biri dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələsidir. 2030-cu ilə qədər konteynerləşdirmə strategiyası isə tamamilə yeni bir layihədir. Bu, xüsusən Azərbaycanın sədrliyi dövründə hazırlanıb. Bu sənədin işlənməsinə beynəlxalq maliyyə institutlarının ekspertlərini də cəlb etmişdik. Asiya İnkişaf Bankı, Dünya Bankı və TRASECA-nın ekspertləri birlikdə bir araşdırma apardı. Bu araşdırma Asiya-Avropa ölkələri arasında ticarətin proqnozlarını, pandemiya ilə əlaqədar inkişafın necə dəyişəcəyini göstərir və buna uyğun olaraq hansı strategiya ilə regionu və üzv ölkələri konteyner daşımalarına hazırlamağımızı nəzərdə tutur.
- Nəyə görə məhz konteyner daşımaları?
- Hazırda bizim bölgənin yerləşdiyi qovşaqda bir tərəfdən Avropa, digər tərəfdən Çin iqtisadiyyatı amilləri var. Bu ikisi öz aralarında ən çox əməkdaşlıq edən iqtisadiyyatlardır. Çinlə Avropa arasında illik 200 milyon tondan çox yük daşınır. Bunun da hardasa 90 %-i dəniz daşımaları ilə olur, 10 %-i isə yerüstü nəqliyyat dəhlizlərindən keçir. TRACECA dəhlizi Çindən Avropaya keçən ən qısa marşrutdur. TRACECA ölkələrinin əsas məqsədlərindən biri də odur ki, biz bu marşrutu inkişaf etdirək və bu marşrut üzrə daşımaları daha da səmərəli edək. Konteyner daşımaları burda böyük əhəmiyyət daşıyır.
Burda bir neçə subyektiv və obyektiv faktorlar var. Subyektiv faktor odur ki, dəniz daşıması daha ucuzdur. Düzdür, pandemiya dövründə Çindən Avropaya konteyner daşımalarında bir qədər spekulativ bahalaşma gedib, qiymətlər 10 qat artıb. Məsələn, hazırda Çindən İtaliyanın Trieste limanına dənizlə daşıma 12 min ABŞ dollarından yüksəkdir. Adi vaxtda bu qiymət 1 200-1 500 ABŞ dolları arası idi. Elə gəmi var ki, 20-30 min, hətta 50 min konteyner daşıya bilir. Dəmir yolu ilə daşıma baha, dəniz yolu ilə isə gec olur. Dənizlə yük 40-50 günə olacaqsa, dəmiryolu ilə 10-20 günə çatır. Əgər biz çınqıl, kömür kimi yüklərdən danışırıqsa, bunları dənizlə də daşımaq olar. Amma texnikadan, dəbə aid əşyalardan danışırıqsa, onların bazara vaxtında çıxması çox önəm daşıyır və burda 30-40 gün böyük zamandır. Bu gün bütün ölkələr, həmçinin Azərbaycan başa düşürük ki, bölgədə konteyner daşımalarının inkişafı böyük önəmə malikdir. Çünki bu ən universal daşıma üsuludur.
İyul ayında Azərbaycan Prezident Ələt Azad İqtisadi Zonasının açılışında iştirak etdi. Bu zonanın əsas bir əhəmiyyətini də qeyd edim. Azərbaycana gətirilən yük burda emal olunacaq, biz burda həmin yükə əlavə dəyər yaradaraq o məhsulu son vəziyyətə çatdıracağıq. Yəni yük xammal vəziyyətində iqtisadi zonaya daxil olur, oradan isə hazır məhsul kimi həm Azərbaycan, həm də xarici bazarlara çıxır. Bura həm dəniz, həm dəmir yolu vasitəsilə hansısa yüklərin gətirilməsi üçün şərait yaradılacaq.
- TRACECA marşrutları hansı meyarlar əsasında müəyyən edilir?
- TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir. Əvvəlki dövrdə 60-dan çox marşrut var idi. İki ölkə arasında olan hansısa beynəlxalq avtomobil yolu TRACECA-nın marşrutu çərçivəsinə salınırdı. Bu, bir az qeyri-müəyyənlik yaradırdı. Bir marşrutun nə dərəcədə uyğun olub-olmadığını müəyyən etmək üçün ilkin olaraq marşrutları müəyyənləşdirmə prinsiplərini müəyyən etdik. Bu prinsiplərə uyğun olaraq bir marşrutun TRACECA marşrutu hesab olunması üçün o azı üç TRACECA ölkəsinin ərazisini əhatə etməli, dəniz keçidi olmalıdır.
- Hansı yükün hansı marşrutla daşınması qərarını isə daşıyıcı verir.
- Bəli, bu artıq yükdaşıyıcının kommersiya fəaliyyətinə görədir. Bizim məqsədimiz əlverişli şəraitin yaradılmasıdır. Məqsədlərimizdən biri də mütəmadi olaraq həmin marşrutlar üzrə monitorinq işləri aparmaq, hansı sərhəd-keçid məntəqəsində problemlərin olduğunu müəyyən etməkdir. Azərbaycanın təşkilata sədrliyi dövründə sərhəd-keçid məntəqələrinin qiymətləndirilməsi metodikası hazırlandı. Bu metodikaya uyğun olaraq müəyyənləşdiririk ki, hansı sərhəd-keçid məntəqəsi daşıma üçün daha səmərəli, daha uyğundur. Həmin məlumatları portal vasitəsilə həm daşıyıcılara, həm də digər ölkələrə çatdırmağa çalışırıq. Əgər avtomobil daşımasıdırsa, sürücü və ya daşıyıcı şirkət tıxaca, pandemiyaya uyğun hansı marşrutun səmərəli olduğunu müəyyən edir. Hər ölkədə hər yük növünə görə müəyyən meyarlar var. Təhlükəli və təhlükəli hesab edilməyən yüklər var.
- Bilirik ki, noyabrın 20-də Beynəlxalq Dəmiryolçular İttifaqı ilə birlikdə "TRACECA dəhlizi üzrə konteyner daşımaların inkişafı" mövzusunda seminar keçiriləcək.
- Bəli, biz həmin seminara əsasən konteyner daşımaları üzrə püxtələşmiş daşıyıcıları dəvət etmişik. Orda əsas dəmiryolu daşıyıcıları və operatorları olaсaq. Beynəlxalq Dəmiryolçular İttifaqının da mütəxəssisləri iştirak edəcək. Onlarla birlikdə Avropada olan konteyner daşımaları üzrə tarifləri müəyyənləşdirmə prinsipləri, hansı meyarlara uyğun olaraq güzəştlərin edilməsi və digər mövzular ətrafında məsləhətləşmələr gedəcək.
Oktyabrın 21-də TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycandan Bolqarıstana keçdi. Bu keçid Azərbaycan üçün hər hansı geriləməyə səbəb ola bilərmi?
- Xeyr. 2018-ci ildə Ermənistan quruma sədr idi. Amma bu sədrlik dövründə Ermənistanın hansısa özünə aid məsələni həll edə bildiyi və ya Azərbaycanın ona qarşı çıxış edə bilmədiyi hal olmayıb. Hər hansı bir məsələnin bir ölkə əleyhinədirsə, o məsələ qəbul olunmur. Həm də nəzərə alsaq ki, Baş Katiblik Bakıdadır və bizim digər ölkələrdən üstünlüyümüz ondadır ki, biz depozitar ölkəyik və bu proseslərdə daha çevik şəkildə müşahidə və müdaxilə edə bilirik. Ona görə də sizi əmin edə bilərəm ki, sədrliyin Azərbaycandan keçməsinin bizim üçün heç bir fərqi yoxdur. Sədrlik hansı ölkədə olur olsun, Azərbaycan bütün proseslərə daimi nəzarət edir.
- Beynəlxalq maliyyə təşkilatları TRASECA dəhlizi boyunca layihələrin maliyyələşdirilməsində nə dərəcədə maraqlıdırlar?
- TRASECA ilk yarandığı vaxtlarda Avropa Komissiyası tərəfindən maliyyələşdirilirdi. Komissiya ilə birgə layihələr həyata keçirilirdi və 20 il ərzində dəhliz üzrə ümumən 150 milyon ABŞ dollarından çox investisiya yatırılmışdı. Onların arasında ilk illərdə infrastrukturun inkişafı aid layihələr, son dövrlərdə isə daha çox ümumi inkişafla bağlı layihələr olur. 2016-cı ildən Avropa Komissiyası tərəfindən belə bir mexanizm tətbiq olunmur. Son il ərzində bu istiqamətdə işlərimizi fəallaşdırdıq. Bu yayın əvvəlində bizim Baş katib Brüsseldə oldu. Orda Avropa Komissiyasının müxtəlif komissarları ilə görüşlər keçirildi. Bu gün biz müəyyən bir aktivlik müşahidə edə bilirik. Düzdür, maliyyələşmə məsələsinin hansı layihədə öz əksini tapacağını hələ ki, deyə bilmərik. Amma görürük ki, Avropa İttifaqından bu məsələyə maraq var.
Əsas mövzu Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bizim Avropa İttifaqına mesajımız ondan ibarət idi ki, artıq regionda yeni bir reallıq var. Artıq yeni kommunikasiyaların açılması mövzusu aktualdır. Nəzərə alsaq ki, həm Ermənistan, həm Azərbaycan TRACECA-nın üzvüdür, biz Avropa İttifaqını hansısa bir texniki dəstək layihəsi ilə bu prosesə qoşulmağa dəvət elədik. Onlar bildirdi ki, işlər yolunda getsə, hər hansı texniki layihə həyata keçirilə bilər. İnfrastruktur olaraq ölkə başçısı da qeyd edib ki, Azərbaycan bu işləri öz maliyyə vəsaitləri hesabına görməyə hazırdır. Hazırda Azərbaycan bütün ölkələrə öz sözünü çatdırmağa çalışır ki, biz ölkə olaraq bütün investisiyaların yatırılmasına açığıq. Əgər beynəlxalq təşkilatların maliyyə ayırmağından danışırqsa, bu artıq Azərbaycan dövləti ilə bu təşkilatlar arasında danışıqlardan asılıdır.
Hazırda TRACECA necə maliyyələşir?
- 2016-ci ilə qədər Avropa Komissiyasından dəstək alırdıq. 2005-ci ildə TRACECA ölkələri arasında birgə maliyyələşdirmə barədə müqavilə imzalandı. Həmin müqaviləyə əsasən hər ölkə təşkilata illik ödəniş edir və ona uyğun olaraq təşkilatın büdcəsi formalaşır. Bu ödəniş hər bir ölkə üzrə standart 60 min avrodur.
Bu ödənişin məbləği dəyişə bilərmi?
- Bu, artıq Hökumətlərarası Komissiyada müəyyənləşdirilə bilər. Bütün ölkələr razılaşsa, buna kritik müdaxilə lazım olsa, məbləğin dəyişilmə qərarı komissiyada verilər. Hələ ki, belə bir məsələ yoxdur. Amma büdcənin formalaşdırılması və büdcə vəsaitlərinin xərclənməsi prinsipləri, növbəti il üçün planlaşdırılan büdcə hər il komissiyada müzakirə edilir. Hesabatlar verilir, hər ilin əvvəli audit komissiyası keçirilir və bu komissiya üç ölkədən ibarət olur. Üzv ölkələr indiki sədr, əvvəlki sədr və sonrakı sədrlik edəcək ölkələr olur.
2022-ci ilin büdcəsi artıq müəyyənləşdirilib?
- Bəli, təqribən 700 min avro civarındadır. Bu, əsasən təşkilatın irəli sürdüyü hanısa tədbirlərin, seminarların keçirilməsi, milli katibliklərin, baş katibliyin ofis xərclərinin qarşılanması və digər təşkilatı xərclər üçün nəzərdə tutulur.
- Yükdaşıma proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər nə yerdədir?
- Bununla bağlı mərhələli şəkildə və bir neçə istiqamət üzrə hərəkət etməyə çalışırıq. İlkin olaraq “Vahid Tranzit Sazişi”ni qeyd etmək istərdim. Bu saziş avtomobil yükdaşımalarının ölkələr arasında rəqəmsal sənəd üzərindən həyata keçirilməsini nəzərdə tutur. Türkiyədən Orta Asiyaya yükdaşıma həyata keçirilirsə, həmin yükdaşıyıcı hər bir ölkədən tranzit icazəsini almalıdır. Bu saziş imzalandığı təqdirdə artıq proses daha səmərəli olacaq. Həm maliyyə, həm də vaxt baxımından qənaət ediləcək.
- Sənədin qüvvəyə minməsi hansı mərhələdədir?
- Azərbaycan da daxil olmaqla 6 ölkə bu sazişə maraq göstərib. Hazırda Azərbaycanda bu sənəd dövlətdaxili razılaşdırma prosedurunu keçir. Prosedur bitəndən sonra etiraz olmazsa, bu sənəd imzalanacaq. Hələlik ilkin maraq göstərilir. Bütün ölkələr tərəfindən razılaşdırma prosesdurları bitəndən sonra imzalanma olacaq.
- Sənədin qüvvəyə minməsi üçün bütün ölkələr tərəfindən qəbul edilməlidir?
- Xeyr, belə bir prinsip yoxdur. Ukrayna-Özbəkistan-Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutundan danışırıqsa, ilkin mərhələdə əgər bu ölkələr imzalasalar, bu o deməkdir ki, həmin ölkələr arasında artıq bu proses tətbiq oluna bilər. Növbəti mərhələdə hansı ölkə qoşulmaq istəsə, rəyini bildirir və həmin sazişə qoşula bilir. Bu rəqəmsal arxitekturun bir komponentidir. Təşəbbüs Baş Katiblik tərəfindən irəli sürülüb və hazırda altı ölkədə daxili razılaşdırma prosedurundadır.
Digər bir sənəd isə Qlobal Tranzit sənədidir. Bu, İBM və Beynəlxalq Diplomatiya Mərkəzinin irəli sürdüyü layihədir. Hazırda pilot daşınmanın həyata keçirilməsi məsələsi müzakirə edilir.
TRASECA-nın Azərbaycan hissəsindən keçən yükdaşımaların həcmində nə kimi dəyişiklik var?
- Indiki dövrdə yükdaşıma istiqamətləri 3-5 ay ərzində dəyişə bilir. Bunun siyasi və iqtisaid faktorları da var. Məsələn, Ukrayna ilə Rusiya arasında münasibətlərin pozulması Azərbaycan üzərindən Ukraynadan Orta Asiyaya yükdaşımaların artımına gətirdi. Eyni zamanda pandemiya dövründə Türkimənistan və İran arasında olan məhdudiyyətlərə görə Türkiyənin bir çox daşıyıcıları Azərbaycan dəhlizindən istifadə edirdi və bu da kəskin dərəcədə Azərbaycan üzərindən Türkiyə-Orta Asiya istiqamətində olan avtomobil daşımalarını artırdı. Obyektiv faktorlara gəlincə, son üç ildə ölkə başçısı tərəfindən nəqliyyat sektoruna göstərilən diqqətin və tətbiq edilən strategiyanın bariz nümunəsidir ki, qeyri-neft tranzitinin həcmi neft və neft məhsullarından daha çoxdur. Bu prosesləri bu ilin altı ayı ərzində müşahidə edə bildik. Tutaq ki, ilk altı ayda ümumi tranzit daşıma 4 milyon ton idisə, bunun 1,9 milyonu qeyri-neft məhsulları idi.
- Növbəti illərə aid planlar barədə qeyd etmədikləriniz oldu?
- Bir neçə istiqamətdə irəli getmək planlaşdırırıq. Birincisi istəyirik ki, konteyner daşımaları ilə bağlı TRACECA ölkələri arasında TRACECA qatarını yola salaq. Ola bilər bu qatar Rumıniyadan Orta Asiya, yaxud əksinə, Orta Asiyadan Avropa istiqamətində yola düşsün. Bu, mövcud bir marşrutdur. Sadəcə konteynerləşdirmə strategiyası çərçivəsində yeni prinsiplərə uyğun olaraq bu marşrut üzrə tarif siyasətinin, sərhəd-keçid məntəqələrində hansısa problemlərin olub-olmamasının yoxlanması məqsədilə test rejimində bir TRACECA qatarını yola salmaq istəyirik.
Rəqəmsallaşma ilə də bağlı test rejimində bir pilot layihə həyata keçirmək istəyirik ki, yeni texnologiyaların üzv ölkələrin sisteminə necə uyğunlaşdığını görək. Rəqəmsal konsepsiya ilə bağlı irəli getmək istəyirik. Əsas məqsəd - ölkələr arasında, kommersiya şirkətləri və dövlət strukturları arasında səmərəli bir dialoq yaratnaqdı, səmərəli informasiya mübadiləsi olsun.
Tarif məsələlərinə yenidən baxılmasını istəyərdik. Çünki biz inanırıq ki, bizim dəhlizin önəmi çox böyükdür.
Az öncə Çinlə Avropa arasında okean daşımalarında olan problemi qeyd etdik. Qiymətlər on dəfə artıb. Keçən ilin ortalarında Süveyş kanalında tankerin batması ilə böhran yaşandı. Dünyanın demək olar 12 % tranziti həmin kanaldan keçir. Bu da Avropa-Asiya arasında yerüstü yükdaşımalarının çox önəmli olduğunu qabartdı. Bu yükdaşımalarında da Azərbaycan üzərindən keçən Orta Dəhlizin payının artırılması çox aktual və real məsələdir. Bizim də məqsədimiz buna xidmət etməkdir. Biz istəyirik ki, yükdaşıma tarifləri üzərində hansısa bir dialoq yaradaq. Amma bu məsələyə çox müdaxilə edə bilmirik. Çünki hər ölkənin öz tarif müəyyənləşdirmə prinsipləri var. Mümkün olduğu təqdirdə tariflərə nəzər yetirməyə çalışırıq. Göstərməyə çalışırıq ki, hansı ərazidə tariff ucuz olsa, yükdaşıma daha da artar.

Son xəbərlər

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Bütün xəbərlər