Gündəm
Gündəm / Siyasət
ABŞ Türkiyə sərhədinə ordu yeridir
ABŞ bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə min hərbi texnika və 120 yeni hücum helikopteri yerləşdirəcək.
"MUMtv.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, regiona gələcək 3 min amerikalı hərbçini Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros şəxsən özü qarşılayacaq.
ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt tarixin ən böyük təchizatının Evros bölgəsinə həyata keçiriləcəyini bildirib:
“Hərbçilərin və texnikanın bir qismi Qərbi Frakiyada qalacaq, bir qismi də Rumıniya və Bolqarıstana göndəriləcək”.