Gündəm
Gündəm / Siyasət
BU NƏDİ BELƏ: General Rüstəm Muradov yenə gəlir... – Xankəndində xüsusi tədbir olacaq...
Rusiya Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən bu ölkənin rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olmasının birinci ildönümü münasibətilə böyük bir tədbir təşkil etmək qərarına gəlib.
"MUMtv.az" Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Azərbaycan torpaqlarındakı Rusiya “sülhməramlı”larının ilk komandiri general-leytenant Rüstəm Muradov bu gün – noyabrın 9-da Ermənistana gələcək.
Sabah - səhər isə R.Muradov Laçından keçməklə Qarabağa yola düşəcək. Noyabrın 10-da Xankəndində 1 illik münasibətilə medal təqdimetmə mərasiminin keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, torpaqlarımızdakı “sülhməramlı”ların hazırkı komandiri general-leytenant Gennadi Anaşkindir.