Gündəm

Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır

MUMtv.az- 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. Virus ilə mübarizə sahəsində əksər ölkələrdə karantin rejimi tətbiq olunmuş, sanitar-epidemioloji vəziyyət gücləndirilmiş məhdudiyyətlər tətbiq edilmişdir.
Ölkəmizdə də pandemiyanın yayılma sürətini azaltmaq məqsədi ilə çox effektiv tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi virusla mübarizəyə xidmət edən tədbirlərdəndir. Xaricdən ölkəmizə laborator testlər, tibbi avadanlıqlar, qoruyucu vasitələr gətirilmiş, səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atılmış, modul tipli xəstəxanalar qurulmuşdur. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz virusla mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir.
Hazırda da ölkəmiz koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir, ölkəmizdə proseslərə çevik reaksiya verilir. Dövlətimiz tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.
Ümid edirik ki, xalqımız, eləcə də bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaq.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Buster peyvəndin gücləndirici dozasıdır

Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Aşkarlandığı vaxtdan bu günə kimi, ölkəmiz COVID-19 virusuna qarşı effektli mübarizə aparır. Digər dövlətlərlə müqayisədə Azərbaycan pandemiyadan ən az zərər görən və minimum itki ilə üzləşən ölkələrdəndir. Bunun səbəbi, təbii ki, dövlətimizin dayanıqlı iqtisadi qüdrəti və yaranmış vəziyyətə çevik adekvat reaksiyasıdır. Koronavirus infeksiyası mutasiyaya uğrayıb və hazırda ən geniş yayılan növü “Delta” ştammıdır.
Ekspertlərin sözlərinə görə vurulan peyvənd bir müddət sonra maksimuma çatan qorunma səviyyəsini vaxt keçdikcə itirə bilər. Bunun üçün yeni dozaya ehtiyac yaranır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Buster peyvəndin gücləndirici dozasıdır. Bütün dünyada peyvəndin buster dozasının tətbiqinə başlanılıb. Buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65 + yaş həddi, 18+ yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. Koronavirus infeksiyası əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru



Pandemiyadan qorunmağın yeganə yolu yalnızca vaksinasiyadır

Koronavirusla bağlı gündəlik verilən məlumatlar hər birimizi narahat edir. İnfeksiyanın yayılmasını koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Səbəblərdən birincisi, insanlarda peyvəndləməyə inamın az olması, ikincisi isə tibbi maskalardan və digər vasitələrdən yetərincə istifadə olunmamasıdır.
Öyrəndiyim məlumatlara görə alimlərin araşdırmalarına əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır.
Yalnız bir doza vaksin vurdurmaqla iş bitmir. Ən azı ikinci doza vaksin də mütləq şəkildə vurulmalıdır. Bununla yanaşı koronavirus infeksiyasına yoluxmuş bəzi vətəndaşlar var ki, immunitet sertifikatı alırlar. Onların da xəstəliyin sonrakı 6 ayı tamam olduqdan sonra mütləq şəkildə vaksin olunması vacibdir. Çünki pandemiyadan qorunmağın yeganə yolu yalnızca vaksinasiyadır.
Eyni zamanada, vaksinasiya ilə yanaşı, bütün qaydalara da mütləq şəkildə riayət olunmalıdır. Yəni, sərt karantin rejiminin geri qayıtmasını, qaydaların sərtləşdirilməsini istəmiriksə qapalı və açıq yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı, spirtdən mütəmadi istifadə etməliyik

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri



PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ HƏR BİR VƏTƏNDAŞ SOSİAL MƏSULİYYƏT DAŞIYIR

Son dövlər dünyada kütləvi yayılmış koronavirus (COVİD-19) pandemiyası bəşəriyyət üçün XXI əsrin ən ciddi təhlükələrindən birinə çevrilib. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə dünya dövlətləri tərəfindən çoxsaylı tədbirlər görülməkdədir, bu cəbhədə məğlubiyyətə uğrayanlarla yanaşı, digərlərindən daha çox uğura nail olanlar da var. İndiyədək görünməmiş bir problem şəraitində ölkələr virusun yayılmasının qarşısını almaq, yaxud onun yayılma sürətini azaltmaq məqsədilə əllərindən gələni əsirgəmir. Ayrı-ayrı ölkələrdə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Çıxışlarının birində Cənab İlham Əliyev demişdir: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur”.
Koronavirus pandemiyasının başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev və Birnci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıblar. Bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Bu gözə görünməz virusdan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb.Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir. Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.
Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır və onların hər biri səmərəli və təhlükəsiz hesab olunur. Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bu fikri təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.
Vətəndaşlar bilməlidilər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



Vaksinin təsir mexanizmi

Ötən dövrlərdə də bir çox yoluxucu xəstəlik peyvəndləmə ilə nəzarət altına alınmışdır. Ümumi olaraq, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. İlk olaraq peyvəndin nə olduğunu bilmək vacibdir. Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir.
Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiə sistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər.
Bu gün artıq sağlamlığımızın təminatçısı olan Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır.
Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil. Covid-19 peyvəndi immun sistemimizi virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edir. Cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda, xəstəliyin başqalarına keçməsi azaldıla bilər. Bu şəkildə çox sayda həyat xilas ola bilər. Viruslar çox fərqli coğrafiyalarda sürətlə yayıla, əvvəlki və Covid-19 pandemiyasında da göründüyü kimi bütün dünya üçün ciddi bir təhlükə yarada bilər. Bu səbəblə özümüzü, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün peyvənd olunmaq lazımdır.
Bütün dünyada yayılan yoluxucu bir xəstəliklə qarşı-qarşıyayıq. Peyvəndin xəstəliyin qarşısını böyük nisbətdə aldığını bilirik, bu səbəbdən, peyvənd olunmaq vacib məsələdir

Ruslan Nemətov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru



Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır

Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezidentimiz cənab İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Gündəlik həyatımızı bütünlükdə dəyişdirən bu xəstəliklə yeganə mübarizə üsulu ilə Peyvənd olunmağdan keçir. Həm özümüzü, həm də ətrafımızı qorumaq üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Bu virusdan milyonlarla insan dünyasını dəyişib. Bunu günlük statistikalarda müşahidə etmək mümkündür. Bu halı göz önünə gətirib virusun qurbanı olmamaq üçün mübarizə aparmaq lazımdır. Mübarizədə bizə yardım edəcək yeganə silah isə vaksindir.
Peyvəndləmə peyvənd olunmayanları da koronavirusdan qoruyur. Koronavirusa qarşı peyvəndləmənin yeni yoluxmalara təsirləri barədə iki mühüm elmi tədqiqat
keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir ki, bu da son tədqiqatlarda araşdırılıb.
Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun yoluxduruculuğu çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır.
Beləliklə, razılaşaq ki, bugünlərdə qoyulmuş qayda və nizamla peyvənd olunmağımız bir ildir ki, başımızın üstündə gerçək ölüm kabusu olaraq asılıb qalmış COVID –19 pandemiyasına qarşı hər birimizin atdığı bir güllədir.

Sevinc İmanova – Rayon GEM-in direktoru



Vaksinasiyanın artan aktuallığı

Azərbaycan Respblikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezidentimiz cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.
Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.
Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Cəmiyyətdə formalaşan fikirə görə COVID-19 xəstəliyinə yoluxan daha çox yaşlı təbəqə insanlara aid olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən qorunub.
Valideynlərimiz, ailəmiz, övladlarımız qarşısında vəzifələrimizi və məsuliyyətlərimizi layiqincə yerinə yetirmək üçün çalışmalıyıq ki, bütün ətrafımızı vaksinasiyaya cəlb etməliyiq. Bunu da unutmayaq ki, əvvəlki həyatımıza geri dönmək üçün, əvvəlki sərbəstliyimiz üçün vaksin vurdurmalıyıq.

Abduləziz Xəlilov –Rayon GEM-in entimoloqu



Buster peyvəndin gücləndirici dozasıdır

Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzləri tərəfindən buster peyvəndini almaq 65 yaş və üzəri və risk qrupuna aid olan 18-64 yaş arası şəxslərə tövsiyə edilir. Təbii infeksiyadan alınan müdafiə kimi, peyvənddən immunitet də tədricən zəifləyir. Bunun vacib olub-olmaması hələ aydın deyil. Bütün dünyada gücləndirici peyvənd proqramları tədricən tətbiq olunur. İndi ikinci peyvənddən ən azı beş ay keçdikdə müəyyən olunmuş yaş qrupları üzrə hər bir vətəndaş üçün əlavə peyvənd mövcuddur. Bu nümunəni təqib edəcək ölkələrin siyahısı hər gün artır.
Yeni virus mutasiyaları, həmçinin Azərbaycanda olan “delta” ştamına da peyvəndlərin müəyyən qədər effekti var. Mutasiyalarda effektivliyin az olması isə 10-20 faiz arası dəyişir. Yəni, elə də böyük deyil. Buna görə də hər kəs peyvənd olunmalı, bununla yanaşı da üçüncü dozadan da istifadə edilməlidir.

Yasəmən Əhmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ terapevt həkim



ÖZÜMÜZÜ , ƏZİZLƏRİMİZİ , CƏMİYYƏTİMİZİ QORUYAQ !

Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə buster, yəni qüvvətləndirici doza ilə peyvəndlənmək olduqca əhəmiyyətlidir. Bu, xüsusilə yaşlılar , tibb,təhsil işçiləri,ümumiyyətlə insanlarla bilavasitə təmsda olanlar üçün çox vacibdir. Yəni, onların koronavirusa yoluxma ehtimalı çoxdur. Lakin qüvvətləndirici doza ilə peyvəndləmə təkrari yoluxmaların qarşısını kəskin şəkildə azalda bilər. Azərbaycanda insanların üçüncü doza vaksin vurdurması zərurəti həm də payız fəslində mövsümi xəstəliklərin yayılması, hava dəyişikliyi səbəbindən insanların immun sistemlərinin zəifləməsi ilə əsaslandırıla bilər. Soyuq havalarda qapalı məkanlarda insanların toplaşması daha çox qeydə alındığından yoluxma sayının artması üçün təhlükəli ola bilər.
Orqanizmin birinci və ikinci dozaya heç bir reaksiyası olmayıbsa, üçüncüyə də olmayacaq. Əksinə, koronavirusa qarşı formalaşan immunitet üzərinə əlavə immunitet gələcək. Vaksinasiya tarixində, təkrar peyvənd vurduranlarda xüsusi yan təsirlər qeydə alınmayıb. Vətəndaşların vaksin vurdurmaqdan başqa çıxış yolu yoxdur. Vaksin vurdurmaqla biz hım özümüzü,həm əzizlərimizi, həm də cəmiyyətimizi qorumuş olarıq.Mən hər kəsi bu bəladan qorunmaq üçün vaksin olunmağa çağırıram.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Buster dozanın tətbiqi ilə bağlı aparılan tədqiqatlar onun effektivliyini sübut edib

Koronavirusa qarşı vurulan peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bunu nəzərə alaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış insanlara 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65 + yaş həddi, 18+ yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50+ yaş həddi üçün, 16+ yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər.
İsraildə isə 3-cü doza 60+ yaşlı vətəndaşlarla yanaşı, avqust ayından 12+ yaşlı şəxslərə də tətbiq edilir. Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster doza müsbət nəticəsini daha çox 65+ qrupda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı buster dozanın immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir.
Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, bu dozanın effektivliyi sübut olunub. Kanada da immunsupressiv hallarda və həssas qruplara buster dozanı tövsiyə edir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir.

Dünya ölkələri və xalqları pandemiyaya qarşı mübarizəni davam etdirir. Müşahidə olunan tendensiyalar mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.
Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.
Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.
Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.
Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu mənada vətəndaşlar peyvəndin sayından daha çox, onun nəticəsinə, özünün, yaxınlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına daha çox önəm verməlidir. Yalnız belə olan halda biz bu qlobal bəladan xilas ola bilərik.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri



Bu gün koronavirus pandemiyası ilə mübarizə dövlətimizin diqqətində olan əsas və vacib məsələlərdən biridir

Hazırda ölkəmizdə koronavirus pandemiyası davam etməkdədir. Pandemiya səbəbindən normal həyat tərzindən uzaqlaşmışıq ki, bu da hər kəs üçün olduqca çətin vəziyyətdir.
Bu gün koronavirus pandemiyası ilə mübarizə dövlətimizin diqqətində olan əsas və vacib məsələlərdən biridir. Dövlətimiz bu yolda vacib tədbirlər görmüşdür. Bu tədbirlərdən ən önəmlisi ölkə başçısı tərəfindən koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanaların açılmasıdır. Eyni zamanda bir sıra qadağalar və məhdudiyyətlər də tətbiq edilmişdir ki, bunun da əsas məqsədi vətəndaşları koronavirusdan mümkün qədər qorumaq, virusun yayılmasının qarşısını almaqdır. Vətəndaşlar bilməlidirlər ki, qoyulan məhdudiyyətlər onların sağlamlığını qorumaq üçün nəzərdə tutulmuşdur. Lakin bu mübarizədə yalnız dövlətin addımları ilə kifayətlənməməliyik. Əlbəttə ki, vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. Dövlətin həyata keçirdiyi tədbirlər o zaman uğurla nəticələnir ki, vətəndaşlar da bu yolda dövlətə dəstək olsun və məhdudiyyətləri anlayışla qarşılasınlar.
Dövlət bizim sağlamlığımız üçün çalışırsa, bəs biz niyə sağlamlığımıza biganə yanaşaq? Həyatda ən vacib olan insan sağlamlığı deyilmi? Bunun üçün maska taxmaq, sosial məsafə saxlamaq və s. kimi qanunlar qoyulubsa, buna əməl etmək hər bir vətəndaşın məsuliyyəti və borcu olmalıdır. Əgər virusa yoluxmağımıza az da olsa şübhəmiz varsa, evdən çıxmamalı, özümüzü təcrid etməliyik. Beləliklə, həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını qorumuş olarıq. Çünki cüzi məsuliyyətsizliyimiz başqalarının həyatını təhlükə altına atmağımıza səbəb olur.
Vətəndaşlar məhdudiyyətləri məcburiyyət kimi deyil, zəruriyyət kimi qəbul etməlidirlər. Məsuliyyətlə atılan hər addımın sonunda uğurlu nəticə əldə etmək mümkündür.
İnanıram ki, dövlətimizin qətiyyətli addımları və vətəndaşlarımızın məsuliyyəti nəticəsində Azərbaycan xalqı bu mübarizədən də qalib olaraq çıxacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
qanunla.az

Son xəbərlər

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Bütün xəbərlər