mumtv.az
mumtv.az

Qızın riyazi savadsızlığı atasını "dəli" etdi - Yolun ortasında uzanıb...

15-10-2021, 10:58

Qızın riyazi savadsızlığı atasını "dəli" etdi - Yolun ortasında uzanıb...
MUMtv.az: - Çində məktəb şagirdi olan qızının riyaziyyat biliklərinin zəif olması atasına çox pis təsir edib.
Sonxeber.az-ın oxu.az-a istinadən məlumatına görə, kişi bir anlıq ağlını itirərək evdən küçəyə qaçıb. O, arxası üstə avtomobil yolunun ortasına uzanaraq ağlamağa başlayıb.
Tezliklə əraziyə gələn polis əməkdaşları müəyyən ediblər ki, atanın azyaşlı qızı 800-dən 700 çıxaraq 900 cavabını əldə edib ki, bu da kişini özündən çıxarıb. O, asayiş keşikçilərindən həbs olunmasını tələb edib və evinə geri dönmək istəmədiyini bildirib.
Bir müddət sonra polislər kəskin psixoloji sarsıntı keçirmiş atanı fikrindən döndərməyi və evinə qaytarmağı bacarıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA