Gündəm

MUMtv.az: - Dünyada ən böyük iqtisadiyyata malik ABŞ-da baş verən maliyyə-iqtisadi həyəcanlanma qlobal səviyyədə ciddi kataklizmlərə gətirib çıxarır. Buna görə də bu ölkənin iqtisadiyyatı, maliyyə sistemi daim ən ciddi diqqət mərkəzindədir. Son illərdə ABŞ-da dövlət borcunun sürətli artımı beynəlxalq iqtisadi çevrələrdə kəskin böhranın əsas təkanverici amili kimi qiymətləndirilməkdədir. Ölkənin dövlət borcu artıq icazə verilən həddə çatıb və hazırda bu həddin artırılması müzakirə olunmaqdadır.

ABŞ-ın maliyyə naziri Canet Yellen hesab edir ki, borclanma limiti artırılmasa ölkə defolta gedəcək: “Əgər ABŞ-ın dövlət borcunun ödəniş öhdəlikləri ilə bağlı zirvəsi artırılmasa, hər şey defoltla nəticələnəcək”. O, bu halda ABŞ-da durğunluğun başlayacağını bildirib.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel defoltun qarşısını almaq üçün tədbirlər görüləcəyini söyləyib. Lakin bu tədbirlərin ciddi nəticələrə gətirəcəyi böyük sual altındadır.

Son aylarda isə ABŞ iqtisadiyyatının başqa sahələrində də böhrana gətirəcək durum yarandığı bildirilir. Məsələn, britaniyalı tanınmış maliyyəçi Geremi Qrentem ABŞ-ı 1929-cu ildəki Böyük Depressiyadan böyük yeni bir iqtisadi böhran gözlədiyini deyir. Milyarder proqnozunu CNBC-yə müsahibədə açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın fond birjasında 1929-cu ildəkindən “daha böyük sabun köpüyü” yaranıb. Xatırladaq ki, 1929-cu ildə qiymətli kağızlar bazarı bir neçə il böyüyəndən sonra çökdü və ardınca iqtisadiyyatda “Böyük Depressiya” kimi tanınan tənəzzül başladı. Həmin dövr üçün Birləşmiş Ştatların ÜDM-i 1929-cu ildəki 103,9 milyard dollardan 1933-cü ildə 56 milyard dollara enib və sənaye istehsalı 40 faiz azalıb. İşsizlik 25 faizə çatıb. “Bu köpük ABŞ-da hər zamankından daha böyükdür. Daşınmaz əmlakın, istiqrazların, səhmlərin və malların qiymətləri həddən artıq şişirdilir”, - maliyyəçi bildirib.

Belə bir iqtisadi böhran ehtimalı nə dərəcədə ciddidir və onun regiona, Azərbaycana hansı təsirləri mümkündür?

İqtisadçı-ekspert Elman Sadiqov deyir ki, bir tərəfdə ABŞ-ın maliyyə sektorunda və monetar siyasətində ciddi qayğılar, risklər və suallar meydana gəlib, digər tərəfdə isə Çində enerji böhranı yaşanmağa başlayır: “Bunun ən azı ilkin təzahürləri mövcuddur. Çindən başlayaq. Bu ilin 8 ayında kömür istehlakı 4.6 faiz artıb. Eyni dövrdə istehsal artımı isə 4.4 faiz olub. Digər sektor və sahələrdə də eyni vəziyyət müşahidə edilməyə başlayır. Yəni istehlak artımının sürəti istehsal artımının sürətini üstələyir. Bu isə bazarda məhsul, xidmət çatışmazlığına, sonra qiymət artımına və ya inflyasiyanın sürətlənməsinə səbəb olur. Çində başlayan bu enerji böhranının qısa müddətə həlli ehtimalı azdır. Çünki istehsal artsa da istehlakın daha yüksək templə artımı davam edəcək. Bu səbəbdən Çin neft, elektrik, kömür sahələri də daxil olmaqla, ölkəsinin bütün böyük enerji şirkətlərini nəyin bahasına olursa-olsun, tədarükdə qənaət etməyə, ehtiyat saxlamağa çağırıb. Çinin bəzi əyalətlərində elektrik enerjisinə qənaət rejiminə keçiblər. Bu kimi məsələlər qlobal iqtisadiyyatı ciddi narahat edir. Çünki inflyasiyanın iqtisadi bərpa sürətini keçməsi staqflyasiya təzahürlərini artırır. Yəni tələbin daha sürətlə artımı təklifin yaranmasını üstələyir. Qiymət artımı isə bu vəziyyətdə daha çox narahatlıq doğurur”. Ekspert bildirir ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi qazancın ilkin tələbat mallarına xərclənməsi, digər xidmət və əmtəə satışlarına olan tələbin aşağı düşməsinə səbəb olur: “O halda digər sektorlarda ciddi problemlər başlayır. Məsələn, Çinin ən böyük əmlak şirkəti olan “Evergrande Group” şirkətlər qrupu. 2021-ci ilin iyun ayında 367.3 milyard dollar aktivi, 200 minə yaxın işçisi olan Çinin ən böyük daşınmaz əmlak şirkəti hazırda öz borclarını ödəməkdə çətinlik çəkir. Şirkətin 300 milyard dollar öhdəliyi mövcuddur. İldə 600 min ev tikən bu şirkət digər sektorlara da investisiyalar qoyub. İçməli su, idman, elektrik avtomobilləri sahələri və sair. “Evergrande Group” şirkətlər qrupunun ilin əvvəlində 1.8 dollar dəyəri olan səhmləri hazırda 30 sentə satılır. Nə üçün bu məsələ ciddi narahatlıq doğurur? Çünki “Evergrande Group” şirkətlər qrupu səhmdarları arasında dünyanın böyük investisiya şirkət və bankları mövcuddur. Çünki şirkətin ən böyük investorları “Ashmore Group PLC”, “HSBC Holdings PLC”, “Black Rock Inc.”, “UBS Group AG” kimi nəhəng investisiya holdinqləri və banklardır. Riskin yoluxması prizmasından baxdıqda yaranan problemin ABŞ və Avropaya keçə biləcəyi ehtimalı ciddi narahatlıq doğurur”.

Dünya iqtisadiyyatına problem gətirəcək daha bir proses ABŞ-da izlənilir: “ABŞ-ın fond birjasında baş verənlər qlobal iqtisadiyyatla bağlı qayğıları daha da artırır. S&P500 birja indeksi 4540-dan 4357-yə qədər geriləyib. Geriləmədə narahatlıq doğuran və diqqət çəkən məsələ geriləmə ilə paralel olaraq əməliyyatların həcminin artmasıdır ki, bu da geriləmənin artacağı ehtimalını gücləndirir.

Xüsusilə ABŞ fond birjalarında indekslərin son illərdə durmadan artması ciddi suallar və narahatlıq doğurur. Bu artımın dövriyyəyə daxil olan əlavə pul kütləsinin yaratdığı köpük, yoxsa real artım olması məsələsi müzakirə və mübahisə mövzusudur. 1929-cu ilin 29 oktyabrına qədər ABŞ-da Wall Street qiymət indeksi 380-ə qədər yüksəlmişdi. 29 oktyabrda birja çöküşündən sonra bu indeks 50-dən aşağı həddə qədər gerilədi. ABŞ, öz tarixinin ən böyük iqtisadi çöküşünü yaşadı. Bu çöküş 5 ilə yaxın davam etdi (1929-1933). ABŞ bu böhrandan tam olaraq II Dünya müharibəsində çıxa bildi. ÜDM, iş yerləri, istehsal və sair göstəricilər üzrə itkilər 40-60 faiz ətrafında idi. 29 oktyabr 1929-cu il tarixindən bir neçə il öncə isə vəziyyət belə idi. ABŞ iqtisadiyyatı sürətlə böyüyür, istehsal artır, birjada səhmlər elə bir sürətlə dəyər qazanırdı ki, hamı səhm alırdı. ABŞ əhalisində belə bir fikir formalaşmışdı ki, səhm alıb gözləmək işləməkdən daha çox gəlir gətirir. Bütün göstəricilər sürətlə artırdı. 28 oktyabrda işsizlik, ÜDM, istehsal, səhm qiymətlərinin indeksləri ABŞ tarixində ən yüksək hədlərinə çatmışdı. Oxşar vəziyyəti 2019-cu ildə müşahidə etmişdik. İndi isə real sektordan daha çox maliyyə sektoruda oxşar vəziyyətin şahidi olmaqdayıq. Bu səbəbdən bir çox iqtisadçı və maliyyəçilər yeni böhran siqnallarının mövcud olması ehtimallarını səsləndirirlər. Zənnimcə, hazırda vəziyyəti təhlükəli edən əsas məqamlardan biri də yuxarıda qeyd etdiyim “Evergrande Group” şirkətlər qrupu və ona oxşar məsələlərin müxtəlif ölkələrdə (hazırda bütün iqtisadi güc mərkəzlərində ciddi risklər formalaşmaqdadır) təzahür etməyə başlaması, pandemiya, inflyasiya və müxtəlif sahələrdə (çip, enerji, kömür və sair) yaranmaqda və dərinləşməkdə olan çatışmazlıqlar, qıtlıqlardır. Bu isə risklərin əhatə dairəsinin genişlənməsi və həm də dərinləşməsidir. Bu, böhranların eyni vaxtda müxtəlif ölkə və sektorlarda yaranması kimi ciddi təhlükənin dərinləşməsi ehtimalını gücləndirir".

E.Sadiqov hesab edir ki, dünyanın iri maliyyə mərkəzləri arasındakı fikir ayrılıqları bu riskləri gücləndirsə də, müasir maliyyə alətləri və təcrübələr onları yumşaltmaq imkanlarının artacağı ilə bağlı pozitiv düşünməyə əsas verir: “Həm də böyük ehtimalla, böhran zamanı ölkələri rəqabət və intriqa deyil, dünya maliyyə sistemini ciddi kataklizmlərdən qorumaq daha çox düşündürəcək”.

Maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədov isə bildirir ki, ABŞ fond birjaları və maliyyə sistemində böhran ehtimalı yaradan amillər var: “Lakin onların böyük böhrana gətirib çıxarması fantastika qədər qeyri-realdır. Əvvəla, ona görə ki, indi iqtisadiyyat 1929-cu ildəki üsullarla idarə olunmur, hər sahədə müasir texnologiyalar önə çıxıb. Hər şey - hesablamalar, proqnozlaşdırmalar - xüsusi proqramlarla həyata keçirilir. Yəni indi bir əsr öncəki kimi, iqtisadiyyatda bütün prosesləri insan başı ilə yönləndirmirlər, bunu xüsusi hazırlanmış IT proqramlar həyata keçirir. Bu baxımdan, dəhşətli böhran olacağına dair dedikləri Gereminin bəlkə də maliyyəçi olaraq hansısa maraqlarından irəli gəlir. Düzdür, ABŞ-da borclar ifrat həddə qədər şişib, partlama ola bilər görüntüsü yaranır. Amma bu vəziyyətin də qarşısının alınması imkanları var. Bu gün qlobal ÜDM təxminən 85 trilyon dollara, qlobal borc isə 430 trilyon dollara yaxındır. Dünya bunun üzərində inkişaf edir. Borclar əsasən inkişaf etmiş ölkələrdədir”.

S.Məmmədovun sözlərinə görə, ABŞ-ın fəzada kəşf etdiyi qızıl asteroidin dəyəri dünya əhalisinin hər birinə 97 trilyon dollar ödəməyə imkan verəcək səviyyədədir: “Belə bir əmlakı olan ölkə necə iflasa uğraya bilər? Dünyanın ən inkişaf etmiş elminə, texnologiyasına sahib olan ölkədə sizcə, böhran əlamətlərini görmürlər? Görüb onu önləmək üçün tədbirlər hazırlamırlar, həyata keçirmirlər? Əlbəttə, hər şeyi görür və bütün hallara hazırlıq görürlər”.

Alimin fikrincə, qlobal böhran yaransa belə, onun Azərbaycana ciddi təsirləri olmaya bilər: “Azərbaycanın maliyyə ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Bu ehtiyatlar imkan verməyəcək ölkəyə ciddi bir təsir olsun. Biz bunu 2008-2009-cu illər qlobal maliyyə böhranında da gördük. Azərbaycanın dövlət rəhbərliyi bu rezervləri yalnız Ermənistanla müharibə üçün yaradılmayıb. Onlar daha böyük güclər qarşısında duruş gətirməyə imkan verəcək həddədir və məhz bunun üçün də formalaşıb. Dünyada maliyyə ehtiyatları öz ÜDM-indən çox olan cəmi 3 ölkə var: Norveç, Sinqapur və Azərbaycan. Bu halda hansısa böhran Azərbaycana nə edə bilər ki? Bizim əsas problemimiz ərazilərimizin işğalı faktı idi. Onu Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında həll edib. Bundan sonra Azərbaycan böyük sürətlə inkişaf edəcək”.
“Yeni Müsavat”



Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

Bütün xəbərlər