Gündəm

Büdcə vəsaitləri necə mənimsənilir?  - TENDER MAXENASİYASI

MUMtv.az: - Son günlərin gündəm mövzularından biri də "Tender" mövzusudur.
Hansı ki, bu adla bir çox qurumlar dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər.

Bu əsasən katirovka sorğusu baş tutmadan bağlanan müqavilələr zamanı mümkün olur.

"DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına yaxınlarda daxil olan məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da tender elan etmədən, Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan, həmçinin katirovka sorğusunun baş tutmama səbəbləri barəsində əvvəlcədən mediada məlumat vermədən "SİNAM" MMC İlə tender müqaviləsi imzalayıb.

Sözügedən məlumatla əlaqədar yaranmış suallarımızı cavablandırması üçün M.Fizuli adına Əlyazmalar İnstitutunun elektron ünvanına rəsmi sorğu göndərdik.

Lakin, əsaslı suallarımıza verdikləri "dilucu" əsaslandırılmamış cavabları isə o deməkdir ki, sözügedən institut bağlanmış müqavilədəki şübhəli məqamları ört basdır etməyə çalışır.

İnstitutun sorğumuza göndərdiyi cavabı olduğu kimi təqdim edirik:

"Sizin 14 sentyabr 2021-ci il tarixli, 65 saylı sorğunuza cavab olaraq bildiririk ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ERP sisteminə 2021-ci ildə texniki xidmətin göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinə müraciət olunmuş və həmin qurumda məsələyə aidiyyəti üzrə baxılmışdır. Həmin qurumdan institutumuza göndərilən 12 iyul 2021-ci il tarixli, AİBNDX 15/01-5/14993 saylı məktubla «SINAM» MMC-nin bir mənbədən satınalma metodunu tətbiq etməklə xidmət göstərməsinə etiraz edilmədiyi bildirilmişdir. Məktubda göstərilən və qanunla müəyyən edilmiş bütün tələblərə riayət olunmaqla «SINAM» MMC ilə birbaşa müqavilə bağlanmışdır.

Digər suallarınıza cavab olaraq bildiririk ki, «SINAM» MMC-nin texnoloji işlərdə təcrübəsi var, maliyyə sənədləri qaydasındadır. Uyğunluq sertfikatı da mövcuddur.

Hörmətlə, baş mühasib."

Amma, deyəsən sualımızı cavablandıran baş mühasib "qanunla müəyyən edilmiş bütün tələblərə uyğun olaraq" deyərkən prosedur qaydalarına görə əvvəlcədən müqavilə barəsində mediada 'tender" elanı verilməsi, həmçinin müqavilə imzala tələbi, həmçinin baş tutmayan katirovka sorğusunun baş tutmama səbəbləri barəsində media vasitəsilə ictimaiyyətə məlumat verilməsi tələblərini də yerinə yetirməli olduqlarını unudub sanırıq.

Odur ki, biz məlumatı olduğu kimi dərc etdik, araşdırıb, barəsində tədbir görmək isə aidiyyatı qurumların üzərinə düşür.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Dogruxeber.az

Son xəbərlər

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Bütün xəbərlər