Gündəm
Gündəm / Hadisə / Sosial / Səhiyyə / Foto
Xəstə yaxını xəstəxanada dava saldı
Mingəçevir sakini Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının növbətçi bölməsində dava salıb.
Kanal14.az APA-ya istinadən xəbər verir ki, səhər sakini Bəxtiyar Məmmədov dünən axşam saatlarında dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib və avadanlıqların bir hissəsini qıraraq yarasız vəziyyətə salıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.
Məlum olub ki, Bağlar yaşayış massivi, 8-ci küçədən həyat yoldaşı üçün 103-ə çağırış edən kişi növbəlilik əsasında çağırış yerinə yetişən xidmət əməkdaşlarını gözləmədən xəstəni Şəhər Mərkəzi Xəstəxanasına gətirib. Aydın olub ki, xəstə ağır durumda deyil. Bundan sonra təcili yardım stansiyasına daxil olan kişi orada çalışan dispetçer xanımı və tibb bacılarını hədələməklə avadanlıqları qırıb.
Faktla bağlı araşdırma aparılır.