Gündəm

Növbəti islahatlar və həbslər dalğası gözlənilir... - “Dövlət qurumlarında yoxlamalar gedir”

MUMtv.az: - Bir müddət əvvəl korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində bir çox məmurların, icra başçılarının və onların köməkçilərinin həbsləri baş tutdu. Dövlətin, xalqın pulu yeyənlərin cəzalarını almaları vətəndaşlar tərəfindən də müsbət qarşılandı və insanlarda daha gözəl dövlətin qurulmasına inam yaratdı. Lakin nədənsə, bu proses get-gedə ləngiməyə başladı. Səbəbi isə sual olaraq qalır. Görəsən bu proseslərin dayandırılmasına səbəb nədir? Qarşıda yenidən islahatların, həbslərin baş tutması gözlənilirmi?
İslahatlara dəstək mərkəzinin məbtuat xidmətinin rəhbəri Lalə Mustafayeva Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, qarşıda mütləq şəkildə həbslərin olacağı proqnozlaşdırılır.

“Bildiyiniz kimi dövlət başçısı bütün sahələrdə islahatlara start verib və bu islahatları dəstəkləyən də Birinci vitse-prezident Mehriban Əliyevadır. Bizim təşkilat islahatlara dəstək mərkəzi olaraq, regionlarda insanlarımızın arasında monitorinqlər aparır, sorğular keçirdirik. Sorğularımız, hansı istiqamətlərdə islahatların ləngidilməsi, kimlərin ləngitməsi, hansı dövlət qurumlarının vətəndaşları incitməsi, harada korrupsiya hallarının olması ilə bağlı olur. Daha sonra isə həmin nəticələri icmailəşdiririk.

Dövlətin əvvəllər keçirdiyi islahatlarla əlaqədar olaraq, insanlar arasında narazılıqlar yaranırdı ki, belə islahat olmaz. Niyə poçtalyonu, kənd məktəbinin müəllimini tutdular? Amma getdikcə islahatlar daha da genişləndi, dərinləşdi və əhatələndi. Artıq icra başçıları, DTX generalları, Müdafiə Nazirliyinin rütbəli generalı, nazirlər, nazir müavinləri həbs olunur. Hazırda bir neçə dövlət qurumlarında da yoxlamalar getməkdədir. Hətta bir müddət əvvəl Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı bildirdi ki, altı ay ərzində 60 milyondan çox dövlətə vurulan ziyan ödənilib. Əminəm ki, ilin axırında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı açıqlama verəcək və 60 milyondan daha çox rəqəmin dövlət büdcəsinə qaytarıldığını elan edəcək.

Lalə Mustafayevanın sözlərinə görə, həbslərin olması yaxşıdır, amma korrupsiyanı tək həbslərlə yox etmək olmur.

“Digər texnologiyalar da dövriyyəyə buraxılmalıdır. Məsələn, ASAN xidmətin istifadəyə verilməsi kifayət qədər uğurlu proyektdir.

Vətəndaşlarla məmurlar arasında təmas da azalmalıdır. Bəzi dövlət idarələri var ki, bir-birinin işini təkrar edir. Həmin qurumların birləşdirilməsi də gündəmdədir.

Həbslər olarkən hüquqi baza olmalıdır. Çünki sapı özümüzdən olan, içimizdə və ya Avropada oturan bəzi insanlar sonra Azərbaycan Dövlətini günahlandırmasınlar. Buna görə də əminəm ki, Respublika Prokurorluğu, DTX rəhbərliyi bunu anlayır və zərgər dəqiqliyi ilə bu məsələləri həyata keçirdir.

Bütün bu sahələrdə aparılan islahatlar daha da davamlı, əhatəli olacaq. Ortada dövlətin siyasi iradəsi var. Bu da korrupsiyanın ən minumuma endirilməsi deməkdir.

Fərq etməz vəzifədədir və ya haçansa işdən çıxıb. Mütləq şəkildə həbslərin gözlənilməsi proqnozlaşdırılır”,- deyə bildirib.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər