Gündəm

“Şuşa Qarabağın tacıdır.”


MUMtv.az: - 2021-ci il 30 avqust tarixində Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilmişdir.
Hələ 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı bir havada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada bu məqbərənin açılışı olmuşdur. Uzun illər ermənilərin Şuşanı öz şəhəri kimi qələmə verməyə iddia etdikləri bir vaxtda Vaqifin məqbərəsinin məhz burada ucaldılması sıradan bir hadisə deyildi. Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldılan bu məqbərə Şuşanın Azərbaycan şəhəri olduğunu təsdiq edən təkzibedilməz faktdır.
Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bərpa edildi, Vaqifin məqbərəsi və büstü yenidən açıldı.
Azərbaycan tarixinin qara səhifəsi artıq geridə qaldı. Artıq strateji əhəmiyyətli Şuşada böyük quruculuq işləri gedir, həyat dirçəlir. Torpaq həsrətli şuşalıların Şuşaya qayıdıb yaşaması üçün şəhərin baş planı əsasında birinci mərhələdə 3-5 mərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulur. Mənfur düşmənin qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır.
“Xarıbülbül” hoteli istifadəyə verildi, ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilərək mərkəzi meydanda qoyuldu. Üzeyir Hacıbəylinin abidəsi yenidən ucaldıldı, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
Hazırda işğaldan azad edilmiş torpaqlarımızda böyük bərpa və quruculuq işləri gedir. “Yol mədəniyyətdir, inkişafdır” deyən müdriklərimiz yanılmayıb. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilmişdir. Füzuli şəhərindən tunellər daxil olmaqla magistral yolun çəkilməsi, Şuşanın elektrik təsərrüfatının bərpa edilməsi, Füzulidən buraya yüksəkgərginlikli xətlərin çəkilməsi, yarımstansiyanın tikilməsi, Şuşaya suyun verilməsi, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Yuxarı Gövhərağa məscidinin təmirinin, demək olar ki, tamamlanması, Natəvan bulağının bərpa edilməsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş və düşmən tərəfindən işğal edilsə də, qürurunu, əzəmət və vüqarını saxlayan doğma Şuşanın gələn il 270-ci ildönümü təntənəli şəkildə qeyd ediləcəkdir.
30 ilə yaxın davam edən danışıqlar öz həllini tapa bilməsə də, bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində 44 günlük şanlı Vətən müharibəsində doğma torpaqlarımızın, Qarabağımızın işğaldan tamamilə azad edilməsi ilə sonlandı. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər