Gündəm

Yerli məmurlardan əli üzülən  Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO

MUMtv.az: - Şəhər rəhbərliyinin saymazlıqlarından təngə gəlmiş, ürəyi dərdli, dili gileyli Gəncə şəhər sakinləri "DogruXeber.az"ın kameralarını görən kimi hərəsi bir yandan ürəyini açdı.

Əslində 44 günlük müharibə zamanı Gəncəyə atılmış roketin düşdüyü əraziyə gedən çəkiliş qrupu təkcə biz deyilik. Yerli televiziya kanallarından da izləyib görürük ki, bir çox televiziya kanalları da sözügedən ərazidə olub, oradakı dağıntıları, düşmən terrorunun vurduğu ziyanı lentə alıblar. Lakin, ərazidə yaşayan sakinlərin dili ilə desək, "hərəsi bir kadr götürüb, üstünə ağlamalı musiqi qoyub efirə veriblər". Daha sakinlərin narazılıqlarını, yerli İcra Hakimiyyətinin, həmçinin digər səlahiyyət sahiblərinin haqsızlıqlarına olan etirazlarını işıqlandırmağı, aidiyyəti qurumların diqqətinə çatdırmağı nədənsə lazım bilməyiblər.

Odur ki, "DogruXeber.az" informasiya agentliyinin çəkilmiş qrupu terror nəticəsində zərərçəkmiş sakinlər üçün "göydəndüşmə" oldu.

İlk qarşılaşmadan bizi göz yaşları ilə qarşılayan ata, Yusubov Yunus deyir: "Terror zamanı evdə olan qızım Yusubova Maral Yunus qızı dünyasını dəyişib".

Terror qurbanı olan mərhum Yusubova Maral Yunus qızının qardaşı Yusubov Abduləli gileylənir ki: "Bacım terror zamanı dünyasını dəyişdi, evimiz tamamilə dağıldı, həmçinin həyətdə yarımçıq tikilimiz var idi, o da dağıldı. İndi dağılan evimiz aşağı tikilib. Hansı ki, burda elə adamlar var ki, onların yerində ikimərtəbəli ev tikdilər. Bizi heç nəzərə almadılar. Yarımçıq tikilimizi ümumiyyətlə qeydə almadılar. Yerinə qum tökdülər. Hara şikayət edirik baxmırlar. İcra Hakimiyyətinə dəfələrlə getmişik. Qəbul etmirlər. Kömək etmirlər".



Yeri gəlmişkən onu da qeyd edək ki, zərərçəkmiş sakinlərin bir şikayəti də ondan ibarətdir ki, "Dağıntı baş verən zaman gəlib hamıya dəymiş ziyan hamısı bir-bir qeydə alındı və akt tərtib olundu. Lakin, bir müddətdən sonra gələndə gördük, bizdən xəbərsiz çox şeylər aktdan çıxarılıb".

Həmçinin digər şəhər sakini Nağıyev İsgəndər Eldar oğlu deyir: " 17 oktyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atılmış roket zamanı, evimiz evimiz dağılıb. Həyat yoldaşım Nağıyeva Nadejda Vladimir qızı dağıntılar altında qalaraq kəllə-beyin travması alıb. Eyni zamanda güclü stress, həyəcan yaşayıb. Bu səbəbdən də səhhətində ciddi problemlər yaranıb. Ölkədəki bütün xəstəxanalara aparmışam. 15.000 (on beş min) manatdan çox pul xərcləmişəm. Daha, müalicələrini davam etdirmək üçün maddi gücüm qalmayıb. Odur ki, bununla bağlı İcra Hakimiyyətinə müraciət etdim. Mənə cavab verdilər ki, "o bizim vətəndaşımız deyil. Ona görə kömək edə bilmərik".



Bir şəhər rəhbərliyinin, dövlət məmurlarının vətəndaşa verdiyi bu məntiqsiz cavab, həm də iki ölkənin vətəndaşlarını biri-birinə düşmən etməyə yetəcək qədər qərəzlidir.

Bu cavabı verənlər nələrə şərait yaratdıqlarının, nələrə çağırış etdiklərinin fərqində belə deyillər bəlli ki.

Belə çıxır ki, xaricdə yaşayan azərbaycanlıların hər hansı biri yaşadığı ölkədə hər hansı bir xəsarət alarsa, yaşadığı ölkə ona sahib çıxmamalı, oturub ölümünü izləməlidir,?!

Əslində nəyinki Gəncə sakinlərini, ümumiyyətlə ölkəmizin bir çox bölgələrində yaşayan sakinləri narazı salan, dövlətə, dövlətçiliyə qarşı qaldırmağa çalışın bu cür məntiqsiz düşüncələrə sahib məmurlardır.

Ümid edirik ki, dövlət başçısı Cənab İlham Əliyev bu kimi işəyaramaz məmurlar barəsində lazımi tədbirlər görəcək, gərəkən sərəncamlara imza atacaqdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az:

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər