Gündəm
Gündəm / Hadisə / Dünya
ABŞ qasırğaya hazırlaşır
MUMtv.az: - ABŞ-ın Luiziana ştatında bazar günü sahilə vuracağı gözlənilən, yaxınlaşmaqda olan “İda” qasırğası səbəbiylə təxliyə elan edilib.
Bu barədə “The Weather Channel” məlumat yayıb.
“Çox ciddi durumla üz-üzəyik”, – Luiziana qubernatoru Con Bel Edvards mətbuat konfransında deyib.
ABŞ Prezidenti Cozef Bayden ştatda federal səviyyədə fövqəladə vəziyyət elan edilməsinə razılıq verib. Yeni Orleanın bəzi bölgələrində də oxşar vəziyyətdir.