Gündəm

Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi ...
İdarə rəisi  2 saata  24 min manat pul istəyir…
MUMtv.az: - Nazirin əmisioğlu, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru  Fizuli Babayevin ağacköçürmə biznesi...
Bu bir ildə  103 milyon 680 min manatdır 

Tarixçi ekologiya naziri, meşələrin, ağacların, sudakı balıqların qənimi  Hüseynqulu Bağırov  vəzifəsindən azad olunanda Azərbaycan təbiəti rahat nəfəs aldı. Cəmiyyət düşündü ki, yeni nazir Muxtar Babayev ekoloji problemləri yoluna qoyacaq. Amma  yeni nazir  ilk öncə 2-3 balıq tutanla mübarizəyə girişdi, əsas brakonyerlər isə öz əməllərini davam etdirdi. Muxtar Babayev guya restoranlardan çıxan tüstü ilə, kabab iyi ilə mübarizəyə qalxdı. Ancaq  ictimai-iaşə obyektlərinə  tüstü üçün  elə  qiymətə  avadanlıqlar  təklif etdi ki, obyekt sabiblərinin tüstüsü təpəsindən çıxdı. Sonra cəmiyyət gördü ki, ərəb ölkələrindən gələn ovçular ölkəmizdəki nadir quşları ovlayır, təbiətimizi məhv edirər. Beləcə, Muxtar Babayev mifi dağıldı və bəlli oldu ki, təzə nazir də köhnənin tayıdır. İndi bəhs edəcəyimiz mövzu isə bir az fərqlidir. Məlumdur ki, obyekt, bina tikənlərin çoxu onlarla ağacı kəsir, yaşıllıqları məhv edirlər. Bunun qarşısını almaq üçün  guya ağacları başqa yerə köçürmək qərarına gəldilər. Olsun. Atalar demişkən,  ziyanın yarısından qayıtmaq da faydalıdır. Amma necə…Deməli, Muxtar Babayev nazir təyin olunan kimi qohum-əqrəbasından, nəsl şəcərəsindən kim varsa, gətirib doldurdu Ekonazirliyə. Özü də elə-belə yox e, mühüm vəzifələrə. Belə vəzifə sahiblərindən biri də  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziriyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru  Fizuli Babayevdir. Məlumat üçün qeyd edək ki, Fizuli Babayev  cənab nazirin doğmaca əmisi oğludur. Fizuli Babayevin  "kasseri, pul yığanı” isə qohumu Flora xanımdır. Fizuli Babayevin işlərindən biri də ağacları bir yerdən başqa yerə köçürməkdir. Amma necə və ən əsası hansı qiymətə ? Deməli, ''Gündəlik Bakı''ya məlumat verən mənbə bildirir ki, ağacların yerini dəyişmək üçün Füzuli Babayevə müraciət etdik. Fizuli Babayev bildirib ki, 2 saat ərzində ağacları lazımi yerə köçürə bilərik, ancaq xərci  24 manatdır. Pulu verin Flora xanıma, gəlib ağacları köçürək. Füzuli Babayev onu da deyib ki, 24 saat işləyirik, boş vaxtımız yoxdur.Təsəvvür edirsiniz, 2 saata 24 min manat pul tələb olunur. Birincisi, ağacları köçürmək üçün lazım olan avadanlıqları, maşınları dövlət alıb. İkincisi, 2 saata, 24 min manat, deməli 1 saata 12 min manat, bir günə, yəni 24 saata 288 min manat, 30 günə 8.640.000, yəni 8 milyon altı yüz qırx min manat. Deməli, 1 ildə 103 milyon 680 min manat. Bu az qala xırda dövlətin büdcəsidir. Bunu da vursaq Muxtar Babayevin "nazir stajı”na, az qala dövlətin büdcəsinin yarısı. Bax, bizim islahatçı, tərifli, gənc nazirimiz Muxtar Babayev  yaxşı qazanmağın yolunu tapıb. Yaxşı ən vacib sual budur. 
Təkcə bir idarəsi milyonlar qazanan Ekologiya nazirliyi dövlət büdcəsinə nə qədər pul köçürür ?gundelik-baku.com

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər