Gündəm

Yatmış "aslan"ları necə oyadaq?-Naləsi ərşə qalxan vətəndaş...

MUMtv.az: - Ötən yayımlarımızda Ağdam rayon sakini Ceyhun Xudiyevin Yasamal rayonunda yerləşən köhnə bir məktəbin zirzəmisində, havasız, antisanitar şəraitdə yaşadığı barəsində bir neçə dəfə məlumatlar dərc etmişdik.

Eyni zamanda Ceyhun Xudiyevin vəziyyəti barəsində Ağdam rayon İcra Hakimiyyətinə, həmçinin Yasamal rayon İcra Hakimiyyətinə şəxsən də məlumat verib, evində ankoloji xəstəsi olan Ceyhunun köhnə yataqxanalardan birinə müvəqqəti olaraq köçürülməsi üçün kömək də istəmişdik.

Lakin, çox təəssüflər olsun ki, sözügedən vətəndaş problemi nə Ağdam rayon İcra Hakimiyyətini, nə Ağdam rayonunu Milli Məclisdə təmsil edən Bəxtiyar Əliyevi, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsini zərrə qədər də narahat etmədi.

Hələ bu günə qədər də məsələyə ümumiyyətlə yuxarıda adını qeyd etdiyimiz qurumlar tərəfindən qətiyyən heç bir reaksiya yoxdur.

Vətəndaş Ceyhun Xudiyev müraciətində bildirir ki, İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinə məktublar yazıram, heç cavab da vermirlər.

İcra Hakimiyyətindən isə Ceyhun Xudiyevin bu gileyinə belə açıqlama gətirdilər ki, "ünvanını bilmirik".

Maraqlıdır ki, ünvansız ünvanda yaşayan Ceyhun Xudiyevin o zirzəmidə böyütdüyü böyük oğlu Xudiyev Cavid Ceyhun oğluna Hərbi Komissarlıqdan çağırış vərəqəsi gəlib.

Maraqlıdır ki, "ünvan bilmədikləri üçün" şikayətlərinə cavab verməyən qurumlar necə olur ki, Ceyhunun ünvanına hərbiyə çağırış vərəqəsini göndərirlər?!

Yeri gəlmişkən, deyir "yüz eşitməkdənsə, bir görmək yaxşıdır".

Biz də məhz bu səbəbdən bu dəfə çəkiliş qrupumuzla bərabər üz tutduq Ceyhun Xudiyevin yaşadığı zirzəmiyə.

İnanın səmimiyyətimizə çəkiliş bitənə qədər çox çətinliklə nəfəs aldıq. Bizim 1 saat dözə bilmədiyimiz zirzəmidə 10-larla ailə, həmçinin də Ceyhun Xudiyev özü və ailəsi 20 ildən çoxdur ki, yaşamağa məhkumdurlar və nə yazıq ki, bu Ağdam İcra Hakimiyyətinin, onların öz seçdikləri vəkilləri Bəxtiyar Əliyevin, həmçinin Rövşən Rzayevin ümumiyyətlə maraq dairəsi xaricindədir.

Dövlət tərəfindən Məcburi köçkünlər üçün mənzillər tikilib təhvil verilərkən, Prezident tapşırıq vermişdi ki, ilk olaraq zirzəmilərdə və digər çox çətin şəraitdə yaşayanlar köçürülsün. Hansısa, kimsəyə məlum olmayan səbəblər üzündən digərlərinə nisbətən normal şəraitdə yaşayan və maddi durumu yaxşı olan şəxslər yeni tikilən mənzillərlə təmin edildi, Ceyhun Xudiyev və onun vəziyyətində olan bir çox ailələr hələ də havasız, antisanitar şəraitdə hələ də yaşamaq məcburiyyətindədir.

Vaqif Həsənovun saymadığı, Bəxtiyar Əliyev "mübarək simasına həsrət qoyduğu", Rövşən Rzayevin maraqları xaricində olan Ceyhun Xudiyevin yaşadığı "mənzil"i görüntülərini sizlərə təqdim edirik:



Yeri gəlmişkən onu da qeyd edək ki, Ceyhun Xudiyev artıq ölkə vətəndaşlığından imtina etmək həddindədir.

Deyir: - "Ölkə vətəndaşlığından imtina edib, ailəmi, uşağımı götürüb gedəcəm. Əgər o da mümkün olmasa, "Qaçqınkom"un (Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsi) qarşısında benzin töküb, özümü yandıracam".

Sözdə "xalqın xidmətçisi" olan məmurların vəzifə səlahiyyətlərinə laqeydliyi üzündən xalqı bu həddə çatdırması birmənalı olaraq onları hakimiyyətin üzərinə qaldırmaq üçün qəsdən yaradılan təxribatdır deyə düşünürük.

Yoxsa, başqa səbəb nə ola bilər ki?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər