Dünya
Dünya
Netanyahu əmr verdi – Müharibə başlayır
"Qəzzaya doğru hərbi əməliyyatlar hər an başlaya bilər”.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşən baş nazir daha sonra İsrail-Fələstin gərginliyi ilə bağlı açıqlama verib. O, yaxınlaşan növbədənkənar baş nazir seçkilərinin Qəzzaya doğru hərbi əməliyyatlara mane olmayacağını bildirib: "Seçkilərə 4 gün qalıb. Əməliyyatlar hər an başlaya bilər. Qəzzadakı terrorçu qüvvələrə qarşı müharibə başlatmaqdan və Həmas rejimini devirməkdən başqa variantımız yoxdur”. (publika.az)