Dünya
Dünya
Rusiyada kişi 6 uşağı girov götürüb
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kişi altı uşağı girov götürüb.
Mumtv.az bildirir ki, bu barədə "RİA Novosti” güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hadisə Kolpinoda yerləşən mənzillərdən birində qeydə alınıb.
Bildirilib ki, uşaqları girov götürən şəxs içkilidir və o balta ilə silahlanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslə danışıqlar aparır. O, hələlik heç bir tələb irəli sürməyib.