Dünya
Dünya / Səhiyyə
Ermənistanda 30 nəfər koronadan öldü
Ermənistanda daha 2320 nəfərdə koronavirus aşkarlanıb.
Mumtv.az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 30 nəfər artaraq, 1506-ya çatıb. COVİD-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 7 nəfər olub.
Hazırda Ermənistanda 38 088 aktiv koronavirus xəstəsi var. Ümumilikdə isə virusa yoluxanların sayı 101 773 nəfərə çatıb.