Dünya

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb
 
 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 
 

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmirdə baş verən zəlzələnin qurbanları anılıb. 

Mumtv.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib. Görüşdə Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov də iştirak ediblər. 

Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələnin yol açdığı dağıntı və insan tələfatı Gəncədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb: "Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz "iki dövlət, bir millət”ik.  Xalqımız hər zaman dost və qardaş Türkiyənin yanındadır. Ölkə başçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu çətin anlarda öz qardaşlarına hər cür yardım göstərməyə hazırdır”.

Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, qardaş Türkiyə hər zaman qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyəyə dəstəkdir: "Sizin kədəriniz bizim kədərimizdir. Arzumuz budur ki, tezliklə İzmirin göz yaşını Şuşanın işğaldan azad olunması xəbəri ilə silək”.

Görüşdə həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilib, yaralılara Allahdan şəfa dilənib.

Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk öz növbəsində göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

(Apa.az)

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb
Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb
Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb

 


Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bütün xəbərlər