Dünya

Antalyada Gəncə terroruna etiraz aksiyası - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiya təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib.

Dərnəyin İdarə Heyətinin sədri hüquqşünas Lalə Həsənova çıxış edərək illərdir Ermənistanın işğalı altında olan torpaqarımızın Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmasından danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb.

Aksiyada çıxış edən türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan iş adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb.

Aksiyada "Qarabağ Azərbaycandır!”, "Gəncə cəbhə bölgəsi deyil!”, "Mülki insanlar toxunulmazdır!”, "Biz terrora yox deyirik!” "Uşaq ölümünə son qoyun!”, "Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. kimi şüarlar səsləndirilib.

Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın "Sarı gəlin” xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə "Dostluq” parkından başlayan avtoyürüşlə davam edib.

(Lent.az)
Antalyada Gəncə terroruna etiraz aksiyası - FOTO
Antalyada Gəncə terroruna etiraz aksiyası - FOTO
 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər