Dünya
Dünya
ABŞ-da dəhşətli yanğın - Yüzlərlə ev külə döndü
ABŞ-ın qərb ştatları meşə yanğınları ilə mübarizə aparır.
Mumtv.az bildirir ki, yanğınlar Oregon ştatında beş qəsəbəni yox edib. Kaliforniyanın San Fransisko şəhərində isə səma narıncı rəngə boyanıb.
Yanğınlar 10 mindən çox insanın yaşadığı Feniks vəTalenta böyük zərər verib. Yüzlərlə ev külə dönüb. Ştatdakı qəsəbələrin əksəriyyətində evlərin boşaldılması ilə bağlı xəbərdarlıq olunub.
Bildirək ki, yanğının sürətli şəkildə yayılma səbəbi sürəti saatda onlarla kilometri əhatə edən küləkdir.
Qeyd edək ki, Kaliforniya ştatında avqustun 15-dən bu yana 900-dən çox meşə yanğını baş verib.
(Yenisabah.az)