Dünya
Dünya
Rusiyanın İrəvana silah göndərməsi... - Hikmət Hacıyev
Rusiyanın Ermənistana silah göndərməsi məsələsi Azərbaycan və Rusiyanın dövlət başçıları səviyyəsində müzakirə olunub. Rusiya ilə Azərbaycan arasında çox şəffaf və açıq dialoq mexanizmi var.
Mumtv.az bildirir ki, bu sözləri Teleqraf.com-a özəl açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadan Ermənistana silah göndərilməsi məsələsini şərh edərkən deyib.
"Ölkələr arasındakı mövcud tərəfdaşlıq münasibətləri çərçivəsində hər bir məsələ açıq və dostcasına müzakirə olunur", - deyə Hikmət Hacıyev qeyd edib.