Dünya

Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanı ilə Ermənistana hərbi təyinatlı yüklər daşınıb. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib bu məsələni bildirməsi çox vacib bir hadisədir. Bu, bir daha Azərbaycanın müstəqil, suveren bir ölkə olaraq öz milli maraqlarını qorumaq iqtidarında olduğunu göstərir.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həm başlamasında, həm də tənzimlənməsində önəmli bir rola malikdir:

"Münaqişənin ilk illərində Ermənistanın Azərbaycandan hərbi cəhətdən üstün olmasının başlıca səbəbi Rusiyadır. Rəsmi Moskva ermənilərə özlərinin deyil, SSRİ dağıldıqdan sonra başsız qalan ordu hissələrinin kömək etdiyini deyir. Lakin sonrakı illərdə Rusiyanın Ermənistana açıq dəstək verməsi də danılmaz faktdır. Bununla belə Azərbaycan Rusiya ilə çoxtərəfli əlaqələr qurub və indi də bu əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir”.

Politoloq Prezident İlham Əliyevin Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verməsi haqda danışıb:

"Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribat bütün dünyanın, eləcə də Rusiyanın diqqət mərkəzində idi. Rəsmi Moskva əslində bu yolla hər iki tərəfi yoxlayır, üstünlüyün kimdə olduğunu müəyyən etmək istəyirdi. Əslində, Azərbaycan Aprel döyüşləri zamanı əks hücumda Ermənistandan nə qədər üstün olduğunu açıqca göstərmişdi. Tovuz hadisələri isə faktiki olaraq Ermənistanın nəinki Qarabağda, hətta sərhəddə heç bir nailiyyət edə bilməyəcəyini bir daha göstərdi. Yəni rəsmi Moskva anladı ki, onun dəstəyi olmasa, Ermənistan Azərbaycan qarşısında uzun müddət tab gətirə bilməyəcək.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatdıqdan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb. Əslində, bu sual Azərbaycan ictimaiyyəti ilə yanaşı, Rusiyaya da verilən bir sual idi. Rəsmi Moskvaya kim lazımdır: Paşinyanın rəhbərliyi altında qərbmeyilli siyasət yürüdən və Rusiyanın maraqlarını qurban verən, ABŞ biolaboratoriyalarına rus mütəxəssisləri buraxmayan, Qərblə gizli planlar quran Ermənistan, yoxsa İlham Əliyevin rəhbərliyi altında bütün qonşuları ilə yüksəksəviyyəli münasibətlər quran, böyük iqtisadi layihələr həyata keçirən və birmənalı neytrallığını qoruyan Azərbaycan?

Düşünürəm, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi də bu sualda gizlənir. Lakin Rusiya artıq bu suala bir cavab tapmalıdır, seçimini etməlidir. Çünki o, daha Cənubi Qafqazdə tək deyil. Bu gün Azərbaycanın yanında "hər cür dəstəyə hazırıq” deyən bir Türkiyə var”.


Son xəbərlər

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Yol polisi sürücülərə müraciət etdi

Naftalandan tender oyunu- Vüqar Novruzov “Texnolog” MMC ilə necə anlaşdı?

Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ… – Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib

“Dokta” apteklərində reseptsiz dərman satıldığı aşkarlandı

Elçin Həsənovun gizli əməlləri ifşa olundu

Bütün xəbərlər