Dünya
Dünya
Rusiyada 8 ayda milyondan çox müəssisə bağlanıb
Rusiyada ilin əvvəlindən indiyə qədər 1 095 423 kiçik və orta biznes müəssisəsi bağlanıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Fin Ekspertiza” beynəlxalq auditor-konsaltinq şəbəkəsinin analitik xidməti yayıb.
Məlumata görə, bu xidmət ölkədə hər beşinci müəssisənin son 8 ayda bağlandığını göstərir.
Belə qapanmaya səbəbin koronavirus pandemiyası olduğu vurğulanıb.