Dünya
Dünya
Peskov Kadırovun general olmasından danışdı
Çeçenistan lideri Ramzan Kadırova Rusiya Milli Qvardiyasının general-mayor rütbəsi onun birbaşa xüsusi əməliyyatlarda iştirak ilə əlaqədar verilib.
Mumtv.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Siz bilirsiniz ki, Kadırovun özü terror təhdidlərinin yaranması halında güc strukturlarının fəaliyyətini koordinasiya edir. Bunu dəfələrlə edib və hər dəfə özünün yüksək effektivliyini göstərib”, – deyə o bildirib.
Qeyd edək ki, Kadırov ötən gün Putinin ona general rütbəsi verdiyini bildirmişdi.
(Axar.az)