İstanbulda Ayasofya məscidinin açılış mərasimi keçirilib.
Mumtv.az "Anadolu"ya istinadən xəbər verir ki, İstanbul və Türkiyənin bir çox vilayətindən gələn sakinlər səhər saatlarından Ayasofya məscidinə axın edib.
Burada 86 il sonra ilk dəfə cümə namazı qılınıb.
İstanbulun tarixi bölgəsində baş verənlər onlarla yerli və xarici KİV-lər tərəfindən işıqlandırılıb.
Türkiyə bayraqlarını əllərində tutan insanlar "Allah böyükdür - zəncirlər qırıldı", "Ayasofya yenidən açıldı" və s. şüarlar səsləndirib.