Dünya
Dünya
Medvedev eyni anda 20 kanala müsahibə verəcək
Baş Nazir Dmitri Medvedev dekabrın 5-də günorta saatlarında canlı efirdə Rusiyanın 20 televiziya kanalına illik müsahibə verəcək.
"Dmitri Medvedevlə söhbət” adlı yayım onun prezident və hökumət başçısı vəzifəsində işlədiyi müddətdə artıq 12-ci dəfə təşkil olunacaq. Belə ki, bənzər bir format ilk dəfə 24 dekabr 2008-ci ildə sınaqdan keçirilib. Medvedev müsahibəsi zamanı ölkənin sosial-iqtisadi inkişafını və hökumətin işini dəyərləndirəcək, son bir ildə baş verən hadisələrə qiymət verəcək.(Qafqazinfo)