Dünya
Dünya
İtdən qorxan qız məktəbə hər gün bu geyimlə gedir - MARAQLI
Türkiyənin Osmaniyə vilayətində yaşayan 5-ci sinif şagirdi Səna Çalış məktəb yolundakı itlərin qorxusundan atasının hazırladığı "itqovan” adlı maraqlı geyimlə məktəbə gedir.
MUMTV.az xəbər verir ki, hər gün təxminən 500 metr yol yeriyərək məktəbə gedən qız bu yoldakı bir itin daha əvvəl bacısını dişlədikdən sonra itlərdən qorxduğunu deyib.
Atasının "itqovan” adı verdiyi və arıçıların geyindiyi geyimlə məktəbə gedən qız məktəbə çatan zaman geyimi çıxardığını, evə qayıtdığı zaman isə yenidən geyindiyini deyib./Moderator.az