Cəmiyyət
Cəmiyyət
Azad olunan növbəti 5 rayonda FHN fəaliyyətə başladı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.
Mumtv.az FHN-ə istinadən xəbər verir ki, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.