Cəmiyyət

Ermənilərin Kəlbəcərdən miskin köçü: Çərçivələri, unitazları da aparırlar
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. 

Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə baş tutdu. Belə ki, qalan torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

Mumtv.az bildirir ki, Qarabağ müharibəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti tərəfindən işğal zamanı torpaqlarımıza qanunsuz yerləşdirilən ermənilərin köçürülməsinə başlanılıb.

BBC-nin hazırladığı videoreportaj da razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. 

Videodan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Onlar hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar.

Ermənistan hər zamankı kimi, mənfur xislətini göstərir. Torpaqlarımız işğalda olan zaman maddi mədəniyyət abidələrimiz dağıdılıb, talan edilib. Elə köç zamanı da işğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması davam edir. 

Ərazini tərk edən erməni əhali isə gedərkən apara bilmədikləri şeyləri, meşələri yandırır, məhv edirlər. 

Təbii ki, bu, onların necə vandal olduqlarının növbəti bir sübutudur.

Prezident İlham Əliyev "İnterfaks” agentliyinə müsahibəsində də ermənilərin işğal atında olan torpaqlarımızda törətdiyi talançılıqdan danışmışdı:

"Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın.

Görün, onlar nə ediblər?! Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

Qanunsuz yerləşdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törətməkdən, təbiətə ziyan vurmaqdan da geri qalmırlar. Bu, bir daha onların barbarlığından xəbər verir. (Oxu.az)

(Yenisabah.az)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər