Cəmiyyət

Azərbaycan hökuməti "Facebook" şirkətinə müraciət edib
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

 

Müraciətdə son zamanlar "Facebook" və "Instagram" sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb.

Məktubda sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. "Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir", – deyə qeyd olunub.

Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.

Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb.

Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. "Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir".

"Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək", – deyə müraciətdə bildirilib.

Nazirlik "Facebook"a ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.

(Sonxeber.az)

Son xəbərlər

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Bütün xəbərlər