Cəmiyyət

"Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır”.

Mumtv.az bildirir ki, bu barədə XİN-in açıqlamasında qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal olunmuş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir.

"Bir çox hallarda Ermənistan hökuməti və xaricdə fəaliyyət göstərən erməni diaspora təşkilatları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində davam edən hərbi əməliyyatlarda iştirak etmək məqsədilə erməni diaspora üzvlərinə Ermənistana təcili gəlmə çağırışları edilir, bu ölkələrdə Ermənistana bilet satışı və yığım məntəqələri təşkil olunur. Bundan əlavə, xeyriyyə cəmiyyətləri və ya qeyri-hökumət təşkilatları statusunda fəaliyyət göstərən bəzi erməni diaspora təşkilatları diaspora üzvlərindən maliyyə ianəsi və digər təchizat materialları toplayaraq Silahlı Qüvvələrimizə qarşı döyüşən silahlı birləşmələrə göndərir.

Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən "yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” "əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir.

Ermənistan və erməni diaspora təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətini həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Eyni zamanda, öz ərazilərində Ermənistanın Azərbaycan qarşı terror fəaliyyətlərinin təşkili və maliyyələşməsinə imkan yaradan dövlətlər üçün də beynəlxalq hüquq və bu dövlətlərin milli qanunvericiliklərinə müvafiq məsuliyyət təsbit edilib.

BMT Nizamnaməsinə əsasən icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT TŞ-nin 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə əsasən BMT üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.

Mənşə ölkələri özlərinin qeyd edilən beynəlxalq və milli qanunvericilikdən irəli gələn öhdəliklərinə əlavə olaraq, həm də nəzərə almalıdırlar ki, onların vətəndaşları olan "Erməni terrorçu döyüşçülər” sonradan öz ölkələrinə qayıda biləcəkləri halda, terror təlimi görmüş potensial terrorçu olaraq, həmin cəmiyyətlərin təhlükəsizliyi üçün real təhdidə çevriləcəklər.

Bu xüsusda, Azərbaycan tərəfi bütün mənşə və tranzit dövlətlərdən öz vətəndaşlarının Ermənistana artan səfərlərinə xüsusi sayıqlıq nümayiş etdirməsini və sərhədlərdə müvafiq qabaqlayıcı sərhəd nəzarəti tədbirləri görməsini, eləcə də öz əraziləri daxilində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə və Azərbaycanın mülki əhalisinə qarşı terror fəaliyyətinə dəstək və belə fəaliyyətin maliyyələşdirilməsinə imkan verməməsini tələb edir.

Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsnin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir”.

(teleqraf.com)


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər