Cəmiyyət

Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMAŞagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
"Son 3 gündür ki, Təhsil Nazirliyi təhsil sahəsində koronavirusa yoluxanların statistik məlumatlarnı paylaşır. Əslində, Təhsil Nazirliyi bunu edən ilk qurumdur. Onların məqsədi heç də təhsil alan şagirdləri, onların valideynlərini təşvişdə saxlamaq deyil. Əksinə, məsələnin tam şəkildə nəzarətdə saxlanılmasını göstərməkdir".

Mumtv.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, şagirdlərin məktəbdə yoxsa məktəbə qədər virusa yoluxması sual doğurur:

 

"İndiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin və müəllimin yoluxmasını əks etdirən rəsmi rəqəmlər var.
Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmenti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib.
Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır, hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır.
Şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi. Bu, bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır".

Ekspertin sözlərinə görə, yoluxmalarda günahkar valideynlər və məktəblərdir:

"Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir.
Məktəblər isə ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır.

Yoluxma halları nəzarət çərçivəsindən çıxarsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu yetərli deyil".

Ekspert virusdan qorunmaq üçün təkliflər də irəli sürüb:

"Məktəblərdə qoruyucusu maskalardan istifadə şagirdlər üçün də məcburi olmalı,şagirdlər əllərini hər tənəffüs zamanı yumalı, məktəblər bir yox, bir neçə giriş və çıxışdan istifadə etməlidir".

/mediapost

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər