Cəmiyyət
Cəmiyyət / Sosial
İcra hakimiyyətində yeni təyinatlar
Goranboy rayonun İcra Hakimiyyətində yeni təyinatlar olub.
Mumtv.az Sonxeber.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Yasin Şəmsəddin oğlu Məmmədov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə, Şaiq Akif oğlu Qənbərli Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Sayad İsmayıl oğlu Quliyev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsindən təqaüd yaşına çatdığı üçün azad edilib./Yeniavaz.com