Cəmiyyət

Maşını öz adına keçirmək istəyənlərin DİQQƏTİNƏ: Yeni qanunla nə dəyişir?

Avtomobillərin addan-ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb.

Mumtv.az BiG.AZ-a istinadən xəbər verir ki, buna şərh verən sahə üzrə ekspert, Ərşad Hüseynov bildirib ki, Milli Məclisin komitəsində müzakirə edilən layihə əlimizdə olmadığından tam dəqiq şərh vermək bir az çətindir.
Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur:

Maşını öz adına keçirmək istəyənlərin DİQQƏTİNƏ: Yeni qanunla nə dəyişir?

'' Birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi (addan ada keçirilməsi) zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyək.

Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:

– qeydiyyat şəhadətnaməsinin rüsumu (25 manat);
– nömrənin rüsumu – 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonar 35 manat olacaq);

– texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) – 30 manat;

– qeydiyyat rüsumu – yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən özgəninkiləşdiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən özgəninkiləşdiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər).

Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halınada cəmi 10 manat olacaq. Yəni, minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq.

Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, minik avtomobillərinin fiziki şəxslər tərəfindən özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək.''

Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda NK-nın bu barədə 31 iyul 2018-ci il, № 336 Qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq.

Daha bir düzəliş "özgəninkiləşdirmə” ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var.

Ərşad Hüseynovun qənaətincə, yayılan məlumatda rüsumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək, görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər