Cəmiyyət
Cəmiyyət / Hadisə
Bu gündən daha bir qadağa qüvvəyə minir
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Qeyd edək ki, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək.