Cəmiyyət

Jurnalistlər üçün onlayn təlimlər təşkil olunacaq

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.

Mumtv.az "Qafqazinfo”nun məlumatına əsasən bildirir ki, Türkiyənin tanınmış media təlimçiləri – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və "TRT”, "Kanal D”, "Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcək.

Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:

 

1-ci Təlim: 10 sentyabr 2020-ci il – Ali Murat Kırık - "Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;

2-ci Təlim: 11 sentyabr 2020-ci il – Ali Murat Kırık - "Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;

3-cü Təlim: 14 sentyabr 2020-ci il – Bora Balar - "Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;

4-cü Təlim: 15 sentyabr 2020-ci il – Bora Balar - "Jurnalistikada saxta xəbər problemi: "fake news” və "deep fake”.

İştirak etmək arzusunda olan jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla təlimdə iştirak üçün müraciət edə bilərlər.

Təlimdə iştirak etmək üçün müraciətlər 2020-ci il sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.

İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcək.

Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə 2020-ci il 9 sentyabr saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcək.

Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcək.

Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər