Cəmiyyət

FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır

Zaqatala rayonunun Çobankol kəndində 2012-ci ildə baş verən zəlzələ zamanı dağılan evlərdən birinin yerində tikilən ev 7 il sonra yanaraq məhv olub. Həmin evin sahibi Eldar Atayev "Qafqazinfo”ya müraciət edərək bildirib ki, zəlzədən sonra rəsmi şəxslər onun evinə gələrək yoxlama aparıblar: "Sübut olundu ki, ev qəzalı vəziyyətdədir və bu haqda rəy verildi. Daha sonra dövlət büdcəsindən ayrılan vəsaitlə Fövqəladə Hallar Nazirliyi bizim üçün ev tikdi. Ev də icbari qaydada sığortalandı. 2019-cu il iyulun 27-də evim yanaraq kül oldu. Amma sığorta şirkəti evin dəyərindən çox az pul təklif edir”. 

E.Atayev qeyd edib ki, sığorta şirkətinə evin dəyəri ilə bağlı sənədləri təqdim etmək üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, bu günədək cavab ala bilməyib.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəsmi məktubla E.Atayevə cavab verərək bildirib ki, Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur.

 

E.Atayev qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumatın məxfi olduğunu bildirir: "Sorğuların əksəriyyəti cavabsız qalıb, amma bir dəfə cavab yazıblar. Onda da yazıblar ki, evin qiyməti daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz: "Burada hansı məxfilikdən söhbət gedə bilər? Dövlət büdcəsindən ayrılan pulun xərclənməsi şəffaf olmalıdır. Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir. İkincisi də, öz evimə adi olan məlumatı mənə vermirlər. Yəqin sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Buna görə də rəqəmləri açıqlamaq istəmirlər”.

FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin məlumatlar daxili istifadə üçün nəzərdə tutulduğundan açıqlanmır.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər