Cəmiyyət
Cəmiyyət
Lotu Qulinin İnstaqram qeydi: Oğru şərəfi... - Foto
20 avqust saat 02 radələrində Türkiyədə qətlə yetirilən "Lotu Quli” ləqəbli Nadir Səlifovun İnstaqram hesabındakı qeydi paylaşılıb.
Mumtv.az bildirir ki, o, sosial şəbəkə hesabında oğru şərəfini hər şeydən üstün tutduğunu bildirib.
"Mən qanuni oğruyam və mənim üçün oğru şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik”, - deyə Quli yazıb.
Qeyd edək ki, Lotu Quli avqustun 20-də Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində öz mühafizəçisi Xan Bakisnki – Xaqan Zeynalov tərəfindən qətlə yetirilib.
(Axar.az)