Cəmiyyət
Cəmiyyət / Sosial
Prezidentin köməkçisindən dini mərasimlərlə bağlı müraciət
Prezidentin köməkçisi Hikmət Hacıyev dini mərasimlərlə bağlı inanclı vətəndaşlara müraciət edib.
Mumtv.az bildirir ki, o, mömin insanları dini mərasimlərdə kütləviliyə yol verməməyə çağırıb.
"Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”, - deyə Hikmət HacıyevNazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
O əlavə edib ki, mömin insanların bu qaydalara riayət etməsini gözləyirlər.
(Yenisabah.az)